
Sosial şəbəkələrdə Masallı rayonunda VIII sinif şagirdinin digər məktəbin şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün günorta saat 13:20 radələrində Masallı rayonu Boradigah qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi eyni qəsəbənin 1 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyan IX sinif şagirdinə xəsarət yetirib.
Məlumatda qeyd edilib ki, hadisə dərs vaxtından sonra məktəbdən kənarda baş verib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Masallı rayonu üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları məktəbliyə baş çəkiblər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər