
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyası keçirilir.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Daşkənd Beynəlxalq Universiteti tərəfindən həyata keçirilən bu beynəlxalq toplantıda Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və Beynəlxalq Əməkdaşlıq Ofisinin koordinatoru Pərviz Məmmədrzayev iştirak edirlər.
TÜRKÜNİB-in Baş Assambleyasında üzv ölkələrin ali təhsil müəssisələri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətləri, eləcə də “Orhun Mübadilə Proqramı”nın gələcək inkişaf perspektivləri müzakirə olunur.
“Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan universitetləri arasında tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu proqram türkdilli ölkələr arasında ortaq ali təhsil məkanının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, 2025-ci ilin 20 oktyabr tarixindən etibarən “Orhun Mübadilə Proqramı” çərçivəsində Özbəkistan universitetlərinə tələbə və müəllim qəbulu ilə bağlı rəsmi elan veriləcək.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər