Bütün xəbərlər
15 oktyabr, 17:52

Hazırda övladı dövlət məktəbəqədər təhsil müəssisəsinə gedən valideyn uşağını dövlət-özəl maliyyələşmə modeli əsasında özəl bağçaya qoya bilərmi?

“Azərbaycan müəllimi” xəbər verir ki, bu suala Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-nin “Təhsil saatı” verilişində cavab verib.

O qeyd edib ki, sistem hamı üçün açıq olacaq:

“Biz əvvəlcədən ictimaiyyətə hansı bağçanın nə qədər boş yeri olduğunu elan edəcəyik. Əmin etmək istəyirəm ki, bu il də proses tam şəffaf və açıq şəkildə həyata keçiriləcək, hər kəsin hüquqları qorunacaq. Biz həm nazirliyin rəsmi səhifələrində, həm də digər elektron platformalarda valideynləri bağçalar və onların boş yerləri barədə məlumatlandıracağıq. Daha sonra valideynlər şəxsi hesabları vasitəsilə övladlarını yerləşdirmək istədikləri bağçanı seçə və həmin bağçanın təqdim etdiyi şərtlərlə, yəni təhsil haqqı və digər məsələlərlə tanış ola biləcəklər”.

O bildirib ki, uşaq dövlət məktəbəqədər təhsil müəssisəsindən çıxarılıb özəl bağçaya keçirilirsə, bu, dövlət bağçasında yeni boş yerin yaranması deməkdir:

“Beləliklə, həmin yer növbədə gözləyən digər uşaqlara təklif olunacaq. Yəni, sistemdə ədalət və balans qorunacaq, hər bir uşaq üçün bərabər imkanlar təmin ediləcək”.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.