Bütün xəbərlər
11 iyun, 15:25

Mingəçevir Dövlət Universitetində (MDU) son dövrlər təhsilin keyfiyyətinin artırılması, qiymətləndirmə sistemində şəffaflığın təmin olunması və tələbəyönümlü tədris mühitinin yaradılması istiqamətində mühüm islahatlara start verilib. Elektron jurnal sisteminə keçid, test banklarının tələbələrə əvvəlcədən təqdim olunması, Elektron İmtahan Mərkəzinin yaradılması və “Qaynar xətt”in istifadəyə verilməsi tələbələr üçün daha şəffaf və effektiv qiymətləndirmə modelini formalaşdırır.

Bu dəyişikliklər arasında xüsusi diqqətçəkən və sistemli yanaşmanı əks etdirən bir islahat da var: magistr və doktorant dissertasiyalarının müdafiəsinə sənaye nümayəndələrinin cəlb olunması. 

İstedadlı tələbələr iş dünyasında erkən tanınacaq

Universitetin Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Vəfa Məhərrəmov "Azərbaycan müəllimi"nə bildirib ki, bu yanaşma universitetdə əldə edilən elmi biliklərin  real iş mühitinə ötürülməsi üçün çox vacib vasitədir:

“Bu il ilk dəfə magistr dissertasiyalarının müdafiəsinə müvafiq sahə üzrə fəaliyyət göstərən sənaye nümayəndələrini dəvət edirik. İstəyirik ki, tələbələrimiz təkcə akademik rəhbər və Müdafiə Şurası tərəfindən deyil, həm də biznes  sektorunun təcrübəli peşəkarları tərəfindən qiymətləndirilsinlər. Bu həm onların elmi fəaliyyətini stimullaşdıracaq, həm də iş dünyasına daha hazırlıqlı şəkildə inteqrasiyasına şərait yaradacaq”.

O vurğulayır ki, sənaye nümayəndələrinin müdafiə prosesində iştirakı yalnız rəy verməklə bitmir. Onların verdiyi qiymətləndirmələr həm tələbələrin gələcək istiqamətini müəyyənləşdirməyə kömək edir, həm də universitetin tədris proqramlarının aktuallığını təhlil etməyə imkan verir:

“Sənaye nümayəndələri dissertasiya işlərinin praktik tətbiq imkanlarını analiz edir, tələbələrin işlərinə rəy verirlər. Bu rəy həm elmi, həm peşəkar inkişaf üçün yol göstəricisidir. Eyni zamanda, bu rəy əsasında biz universitet daxilində hansı istiqamətlərin daha çox inkişaf etdirilməli olduğunu da müəyyənləşdirə bilirik”.

Vəfa Məhərrəmanovanın sözlərinə görə, bu təşəbbüs eyni zamanda sənaye nümayəndələrinin universitetlə daha sıx əməkdaşlıq qurmasına şərait yaradacaq:

“Artıq müşahidə edirik ki, sənaye nümayəndələri bu prosesə yalnız formal iştirak etmə zərurəti kimi baxmırlar. Onlar bacarıqlı tələbələri erkən mərhələdə müşahidə edib potensial əməkdaş kimi dəyərləndirirlər. Müdafiədə iştirak edən istedadlı magistrantlara birbaşa təkliflər verilə, yaxud gələcəkdə əməkdaşlıq üçün ilkin əlaqə qurula bilər”.

“Akademik fəaliyyətə daha ciddi münasibət formalaşacaq”

Universitetin magistrantları da bu yeniliyi yüksək qiymətləndirir və dəyişikliyin onların gələcək planlarına təsir etdiyini xüsusi vurğulayırlar.

Faiq Kərimov həm magistrant, həm də “Yelo Bank” ASC-nin Ağcabədi filialının rəhbəridir. O, tələbə, eyni zamanda, sahə mütəxəssisi kimi bu qərarın əhəmiyyətini iki tərəfdən qiymətləndirir:

“Magistratura və doktorantura dissertasiyalarının müdafiəsində sahəyə uyğun sənaye nümayəndələrinin iştirakı tələbənin nəzəriyyəni nə dərəcədə mənimsədiyini aydın şəkildə ortaya qoyur. Bundan əlavə, sənaye nümayəndələri bu müdafiələr vasitəsilə özlərinə uyğun kadrları vaxtında müəyyən edə bilərlər. Bu da tələbənin işlə təmin olunma şansını artırır və işə qəbul prosesini daha çevik və hədəfli edir.”

O əlavə edir ki, bu proses universitetin nüfuzuna da müsbət təsir göstərə bilər:

“Düşünürəm ki, bu təşəbbüs gələcək illərdə tələbələr üçün motivasiya olacaq. Çünki artıq müdafiə təkcə qiymət alma prosesi deyil, həm də özünü potensial işəgötürənlərə təqdimetmə mərhələsidir. Universitet bu yolla həm təhsilverən, həm də bazarın tələbatını öyrənən bir quruma çevrilir.”

Digər magistrant, həmçinin Mingəçevir STEAM Mərkəzinin koordinatoru olan təcrübəli tədqiqatçı Müşfiq Tarverdiyev bu təşəbbüsün tələbələrin təcrübi biliklərinin formalaşmasında nə qədər vacib olduğunu vurğulayır:

“Rektor Anar Eminovun təşəbbüsü ilə həyata keçirilən bu yanaşma çox faydalıdır. Bu model tələbələrin yalnız nəzəriyyə ilə kifayətlənməyib, onu praktik mühitdə tətbiq etməyə təşviq edir. Eyni zamanda, gələcək karyera planlarımızda bizə daha aydın istiqamət verir”.

Müşfiq hesab edir ki, bu addım tələbələrdə akademik fəaliyyətə daha ciddi münasibət formalaşdıracaq və universiteti əmək bazarına real kadrlar təqdim edən quruma çevirəcək:

“Artıq biz bilirik ki, müdafiəyə gələnlər arasında sadəcə müəllimlər yox, gələcək iş həyatımızla birbaşa əlaqəli şəxslər də olacaq. Bu isə həm hazırlıq səviyyəmizə, həm də işə yanaşmamıza ciddi təsir göstərir.”

Universitet-sənaye əməkdaşlığı yeni mərhələyə keçir

Dissertasiya müdafiələrinin yalnız akademik deyil, həm də praktiki çərçivədə qiymətləndirilməsi, tələbə ilə bazar arasında təmas nöqtəsinin yaradılması və real əməkdaşlıqlar üçün şəraitin formalaşdırılması bu modelin əsas üstünlükləridir.

Bu təşəbbüs həm də tələbənin məsuliyyət hissini artırır, onu daha dərindən araşdırmağa, əldə etdiyi bilikləri praktikaya çevirməyə təşviq edir. Sənaye nümayəndələrinin iştirakı isə universitetin cəmiyyətə və iqtisadiyyata xidmət edən quruma çevrilməsində mühüm rol oynayır.

MDU nümunəsində biz artıq klassik universitet modelindən çıxaraq əmək bazarı ilə sıx inteqrasiyaya yönəlmiş yeni tipli ali təhsil konsepsiyasının formalaşdığını görürük. Bu isə yalnız tələbələrin deyil, bütövlükdə cəmiyyətin qazancıdır.

Şərhlər

Xəbər lenti

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.