Bütün xəbərlər
18 sentyabr, 15:14

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qrant müsabiqəsinin qalibləri arasında Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri də var.  

Qrant müsabiqəsində uğur qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaş, tələbə və məzunları ilə görüş təşkil olunub.

Gəncləri təbrik edən MDU-nun rektoru Anar Eminov bildirib ki,  Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkə gənclərinin dövlətçilik ənənələrinə sadiqliyinin möhkəmləndirilməsi, onların ideoloji və vətənpərvərlik ruhunda yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır.  Rektor tələbə və məzunların bu müsabiqədə qalib gəlməsini onların yaradıcılıq, təşəbbüskarlıq və milli dəyərlərə bağlılığının göstəricisi olduğunu vurğulayıb: “Gənclərimizin hazırladığı layihələr yalnız akademik fəaliyyət deyil, həm də ideoloji maarifləndirmə işlərinin cəmiyyətə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihələr vasitəsilə gənclər milli şüurun möhkəmlənməsinə, dövlətçiliyin əsas prinsiplərinin təbliğinə və vətənpərvərlik ideyalarının yayılmasına töhfə verirlər. Universitet olaraq biz bu təşəbbüsləri hər zaman dəstəkləyəcəyik və gələcəkdə də gənclərimizin yanında olacağıq”.

Görüş zamanı qalib gənclər layihələrinin əsas hədəfləri barədə məlumat veriblər, gələcək planlarını bölüşüblər. Bildiriblər ki, layihələrin uğurlu icrası həm gənclər arasında milli-mənəvi dəyərlərin təbliğini gücləndirəcək, həm də dövlətçilik ideyalarının daha geniş yayılmasına xidmət edəcək.

Sonda qeyd olunub ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqələrinin başlıca məqsədi gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin artırılması, Konstitusiya prinsiplərinə əsaslanan təşəbbüslərin dəstəklənməsi və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsidir.

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

Milli musiqimizin əvəzsiz siması…

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.