Bütün xəbərlər
18 sentyabr, 15:01

Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək. Bu festival artıq 5-ci ildir ki, təşkil olunur və ənənəvi olaraq regionun ən böyük elm və texnologiya tədbirlərindən biri kimi tanınır.

SAF 2025-ə hazırlıq işləri artıq yekun mərhələyə qədəm qoyub. Yarış kateqoriyalarının texniki tapşırıqları və qaydaları təsdiqlənib, seçim turları üzrə qrafik müəyyən olunub və iştirakçı komandaların qeydiyyatı davam edir. Eyni zamanda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, xarici qonaqların dəvəti və logistika məsələlərinin həlli istiqamətində intensiv işlər aparılır. Festivalın proqram strukturu – yarışlar, sərgilər, seminarlar və panel müzakirələri üzrə planlar artıq hazırdır.

Festivalda 25-dən çox ölkədən iştirakçı olacaq

Beynəlxalq SAF 2025-də 25-dən çox ölkədən iştirakçı və qonaqların iştirakı planlaşdırılır. Qonaqlar arasında Avropa, Asiya və Amerika qitəsindən olan elm və təhsil mütəxəssisləri, beynəlxalq robototexnika təşkilatlarının nümayəndələri, universitet professorları və innovasiya şirkətlərinin nümayəndələri olacaq. Dəqiq say qeydiyyat prosesi başa çatdıqdan sonra bəlli olacaq, lakin əvvəlki illərlə müqayisədə daha geniş təmsilçilik gözlənilir.

Festival çərçivəsində 18 fərqli yarış kateqoriyası nümayiş olunacaq

Bu il tamaşaçıları yeni yarış kateqoriyaları, interaktiv texnologiya zonaları və uşaqlar üçün xüsusi öyrədici-əyləncəli STEAM guşələri gözləyir. Festival çərçivəsində 18 fərqli yarış kateqoriyası üzrə məktəblilər və tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirəcək, innovativ layihələrini təqdim edəcəklər. Yarışlar robototexnika, süni intellekt, 3D dizayn, mühəndislik, energetika, oyun əsaslı öyrənmə, texniki yaradıcılıq və digər istiqamətləri əhatə edir.
Eyni zamanda beynəlxalq ekspertlərin iştirakı ilə “master-class” və açıq müzakirələr təşkil ediləcək. Bu həm iştirakçılara, həm də ziyarətçilərə müasir texnologiyalarla tanış olmaq üçün geniş imkan yaradacaq. Festival gənclərin gələcək karyera istiqamətlərinə düzgün yönəlməsi və yaradıcı potensiallarının üzə çıxarılması üçün böyük platforma rolunu oynayacaq.

Elm və təhsildə beynəlxalq imicə töhfə

STEAM Azərbaycan Festivalı Azərbaycanın elm və təhsil sahəsində beynəlxalq imicinin güclənməsinə, gənclərin qlobal təcrübəyə çıxışına və yeni biliklərin mənimsənilməsinə xidmət edir. Festival həm də ölkəmizin texnologiya və innovasiya mərkəzinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir. O, həm gənclərdə XXI əsr bacarıqlarının inkişafına, həm də ölkədə STEAM ekosisteminin möhkəmlənməsinə töhfə verir.
SAF indiyədək dörd dəfə keçirilib və 2025-ci ildə beşinci dəfə təşkil olunacaq. Bu illər ərzində festivalda minlərlə məktəb və universitet komandası iştirak edib. Əsas nailiyyətlərdən biri ölkə üzrə STEAM hərəkatının sürətlə genişlənməsi, beynəlxalq əməkdaşlıq şəbəkəsinin qurulması və Azərbaycan gənclərinin dünya miqyasında texnologiya yarışlarında uğurla çıxış etməsi olub.

“Beş il innovasiya, gələcəyə birgə addım”

Beynəlxalq SAF 2025-in mövzusu “Beş il innovasiya, gələcəyə birgə addım” olaraq müəyyən edilib. Bu mövzu festivalın beşillik yubileyini simvolizə etməklə yanaşı, gələcəyə yönəlmiş texnoloji tərəqqini, beynəlxalq əməkdaşlığı və yeni nəsil bacarıqların inkişafını vurğulayır. Bundan başqa Festivalın devizi yenə də olduğu kimi qalır: “Yarış, Öyrən, Əylən!”
Festival müxtəlif ölkələrdən olan şagirdləri, müəllimləri, ekspertləri və alimləri bir araya gətirərək mədəniyyətlərarası dialoq və əməkdaşlıq mühiti yaradır. Burada iştirakçılar yalnız texnologiya üzrə deyil, həm də öz mədəniyyətlərini paylaşmaqla qarşılıqlı anlaşma və hörməti gücləndirirlər. Beynəlxalq tərəfdaşlıq layihələri, ortaq komandalar və qlobal şəbəkələşmə bu əməkdaşlığın əsas mexanizmlərindəndir.

Gələcək planlar və genişlənən coğrafiya

Beynəlxalq STEAM Azərbaycan Festivalı illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gənclərin elmi-texniki yaradıcılığını dəstəkləyən, onların komandada işləmə, problem həll etmə və yenilikçi düşünmə bacarıqlarını inkişaf etdirən mühüm bir festivaldır. Bu il də festivalın həm miqyası, həm də əhatə dairəsi genişlənərək iştirakçılara daha çox imkan təqdim edəcək.
Gələcəkdə SAF-ın coğrafiyasının daha da genişlənməsi, daha çox ölkədən iştirakçıların cəlb olunması və yeni yarış kateqoriyalarının əlavə edilməsi nəzərdə tutulur. Planlara həmçinin regionlarda seçmə mərhələlərinin keçirilməsi, onlayn iştirak imkanlarının artırılması və beynəlxalq tərəfdaşlarla daha geniş miqyaslı ortaq layihələrin həyata keçirilməsi daxildir. Uzunmüddətli perspektivdə SAF-ın regionun ən böyük elm və texnologiya platformasına çevrilməsi hədəflənir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.