Bütün xəbərlər
18 sentyabr, 15:43

“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi üzərində sistemli şəkildə çalışırıq. Hazırda 200-dən çox ixtisas adı müzakirə olunur. Bu iş çərçivəsində işəgötürənlər, mütəxəssislər və dövlət qurumlarının nümayəndələri ilə dəyirmi masalar təşkil etmişik, mövcud məşğulluq təsnifatı və peşə təhsili üzrə son illərin qəbul planlarını təhlil etmişik, həmçinin Macarıstan, Bolqarıstan və Qazaxıstan kimi ölkələrin təsnifat təcrübələrini araşdıraraq ən yaxşı praktikaları nəzərə almışıq”.

Bunu “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova deyib.

Onun sözlərinə görə, yeni təsnifat yalnız adların siyahısı deyil, həm də struktur baxımından müasir yanaşmalara əsaslanır. Biz ixtisasları ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə uyğun qruplaşdırırıq, onları Milli Kvalifikasiyalar Çərçivəsinə və UNESCO-nun ISCED-2013 təsnifatına uyğunlaşdırırıq. Bununla həm kurikulumların və proqramların daha məqsədyönlü hazırlanmasına, həm də təhsil nəticələrinin əmək bazarında tanınmasına nail olunacaq”.

Nərmin Məmmədova yeni təsnifatın zərurət olduğunu vurğulayıb: “Hazırda qüvvədə olan təsnifatda mövcud olan təxminən 800 ixtisasdan yalnız 150-yə yaxınından faktiki istifadə olunur, 700-ə yaxın ixtisas isə illərdir qəbul planlarında yer almır. Son iki ildə – 2023 və 2024-cü illərdə mövcud təsnifata dəyişikliklər edilərək 110 yeni ixtisas əlavə olunub və 24 ixtisas ləğv edilib. Bu isə göstərir ki, təsnifat dövrün tələblərinə tam şəkildə cavab vermir və sistemin çevikliyini, həmçinin peşə təhsilinin effektivliyini məhdudlaşdıra bilər”.

Nərmin Məmmədova xatırladıb ki, sonuncu dəfə təsnifat 2011-ci ildə Nazirlər Kabinetinin 178 nömrəli qərarı ilə təsdiqlənib. Bu müddət ərzində ölkə iqtisadiyyatında, texnologiyalarda və əmək bazarında ciddi dəyişikliklər baş verib: “İstifadə olunmayan ixtisasların mövcudluğu bir neçə səbəblə bağlı ola bilər: bəzi ixtisaslara əmək bazarında artıq tələbat yoxdur, bəziləri texnologiyaların inkişafı nəticəsində sıradan çıxıb, bəziləri isə mövcud real ixtisas adları ilə uyğun gəlmir. Məsələn, bir çox köhnə ixtisas adları artıq müəssisələrdə və ya istehsalatda mövcud deyil, amma təsnifatda hələ də qalır. Bu, həm tələbə qəbulu prosesində, həm də kurikulum hazırlanmasında çətinliklər yaradır”.

Yeni təsnifatın nə vaxt hazır olacağına gəlincə, şöbə müdiri deyib ki, yeni təsnifat hazırda hazırlanan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyasının növbəti mərhələsinədək yekunlaşdırılacaq: “Bildiyiniz kimi, hazırda ölkədə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır. Planımız odur ki, yeni təsnifat həmin strateji sənədin növbəti mərhələsinədək yekunlaşdırılsın və təsdiq üçün təqdim olunsun. Bu, peşə təhsilinin gələcək inkişafı üçün əsas baza sənədlərdən biri olacaq”.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.