Bütün xəbərlər
4 iyun, 09:43

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin qısamüddətli təlimlərə cəlb edilməsi məqsədilə təbliğat və təşviqat işləri davam etdirilir. Bu çərçivədə 3 iyun 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində xüsusi tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi ətraf ərazilərdə məskunlaşmış məcburi köçkün ailələrinə qısamüddətli təlimlər çərçivəsində təqdim olunan ixtisaslar və bu ixtisasların yaratdığı karyera imkanları barədə məlumat vermək, həmçinin onların bu təlimlərə cəlb olunmasını təşviq etmək olub. Tədbirdə iştirak edən mütəxəssislər və peşə təhsili müəssisələrinin nümayəndələri ümumilikdə 42 ixtisas üzrə təşkil edilən qısamüddətli təlimlərə qeydiyyat prosesini, təlimlərin keçirilmə qaydalarını və tədris proqramından əldə olunacaq nəticələr haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Bu təşəbbüs, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin peşə bacarıqlarını artıraraq onların davamlı məşğulluğunu təmin etməyə yönəlib. İndiyə qədər proqram çərçivəsində 740-dan çox məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib və qeydiyyat prosesi hazırda davam edir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

1 /4

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.