Bütün xəbərlər
10 fevral, 17:21

Məktəblərin uğurlu idarə edilməsi təhsil sisteminin effektivliyinə birbaşa təsir edən ən mühüm amillərdən biridir. 

Bu sahədə aparılan müzakirələrdə direktorun rolu və rəhbərlik bacarıqları ön plana çıxır. 

“Azərbaycan müəllimi”nə verdiyi açıqlamada ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova məktəb rəhbərinin yalnız inzibati işləri deyil, həm də pedaqoji prosesləri necə idarə etməli olduğunu vurğulayıb. O, direktor və müəllimlərin peşəkar təcrübəsini və liderlik xüsusiyyətlərini önəmli bir faktor olaraq qeyd edib. Onun sözlərinə görə, məktəbin uğurlu idarə olunması birbaşa rəhbərin peşəkarlığından və idarəetmə bacarıqlarından asılıdır.

Onun sözlərinə görə, idarəetmə prosesi düzgün qurulmalı, planlaşdırılmalı və səmərəli həyata keçirilməlidir. Məktəb direktoru yalnız inzibati işləri icra edən şəxs deyil, eyni zamanda lider olmalı, müəllim və şagirdlərin inkişafına yönəlmiş strateji addımlar ata bilməlidir. Məktəbin idarə edilməsi digər müəssisələrdən daha mürəkkəbdir, çünki burada təkcə idarəetmə deyil, həm də tədris, tərbiyə və müxtəlif sosial faktorlar önəmli rol oynayır: 

“Buna görə də məktəb direktoru idarəetməni daha peşəkar şəkildə təşkil etməli, düzgün idarəetmə sistemini qurmalı, ətrafında çalışan insanları – müavinləri və digər heyəti düzgün yönləndirməli, nəzarət mexanizmini formalaşdırmalı, məlumatlandırma və qiymətləndirmə proseslərini effektiv şəkildə həyata keçirməlidir. Bütün bu elementlər düzgün qurulduğu təqdirdə məktəbin idarə edilməsi də uğurlu ola bilər”.

Xalidə Həmidova vurğulayıb ki, bəzi hallarda məktəb direktorlarının mütləq menecer olması, müəllimlik keçmişinin vacib olmaması kimi fikirlər səsləndirilir. Lakin onun fikrincə, məktəb rəhbəri təhsil sistemini yaxından tanımalı, bu sahədə təcrübəyə malik olmalıdır. Sinfi idarə edə bilməyən, pedaqoji prosesləri dərindən anlamayan bir insanın bütün məktəbi səmərəli idarə etməsi çətin olar: “Əslində, məktəb direktoru, bağça müdiri və digər təhsil müəssisələrinin rəhbərləri həmin sahədə müəyyən təcrübəyə malik olmalıdırlar. Onlar təhsil sistemində işləyərək bu sahənin spesifik xüsusiyyətlərini öyrənməli, tədris prosesinin necə təşkil olunduğunu bilməli və qarşıya çıxa biləcək problemləri əvvəlcədən görüb həll yollarını müəyyənləşdirməlidirlər”.

Sertifikatlaşdırma prosesinə toxunan ekspert bildirib ki, yüksək bal toplamaq direktor olmaq üçün yeganə meyar olmamalıdır. Test imtahanında uğur qazanan bəzi şəxslər həqiqətən də peşəkar və savadlı müəllimlərdir, lakin yalnız bu göstəriciyə əsaslanaraq seçim etmək düzgün deyil. Məktəb rəhbəri üçün əsas göstəricilərdən biri idarəetmə bacarığı, liderlik keyfiyyətləri və hüquqi çərçivəni bilməsidir. Dövlət qanunvericiliyinə önəm verən, dövlətçilik prinsiplərinə sadiq olan və təhsilin inkişafına töhfə verə bilən şəxslərin bu vəzifəyə seçilməsi daha məqsədəuyğundur.

O, qeyd edib ki, liderlik ruhuna malik olan direktorlar məktəbin idarə olunmasında daha uğurlu olur, daha yüksək nəticələr əldə edir və keyfiyyətli təhsil mühiti yaradırlar. Bu baxımdan, məktəb rəhbərlərinin seçimi zamanı geniş meyarlar nəzərə alınmalı, onların həm pedaqoji, həm də idarəetmə bacarıqları dəyərləndirilməlidir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.