Bütün xəbərlər
5 avqust, 16:39

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən "Müəllimlərin iş şəraitindən məmnunluğu: Müəllimlərin dərs yükü, məktəb liderliyi və şagird intizamı ilə əlaqələrə dair beynəlxalq elmi araşdırmalar" adlı məqalə nəşr olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninə daxil edilib.

Məqalənin məqsədi müəllimlərin iş fəaliyyətlərindən məmnunluğunun onların rifahına və müəllim kimi fəaliyyətlərini davam etdirməyə mühüm təsir göstərdiyini vurğulamaqdır.

Məqalə 2019-cu il TIMSS məlumatlarından istifadə etməklə, 46 ölkə və regionda fəaliyyət göstərən 8-ci sinif riyaziyyat müəllimlərindən əldə olunan məlumatlar əsasında hazırlanıb.

Araşdırma müəllim məmnunluğu və onların peşəyə münasibəti, işin mənalı olması, işə həvəs, ilham və qürur hissləri kimi meyarlarla ölçülmüşdür. Nəticələrin təhlilindən aydın olur ki, məktəb rəhbərliyinin dəstəyi və şagirdlərin davranışı müəllim məmnunluğu ilə sıx bağlıdır. Belə ki, müəllimlər rəhbərlikdən dəstək aldıqda və siniflərdə nizam-intizam yüksək olduqda öz işlərindən daha çox razı qaldıqlarını bildiriblər. Bundan əlavə, araşdırma göstərir ki, iş yükünün həddən artıq çox olması və dərsə hazırlıq prosesinin az olması müəllimin iş şəraitindən məmnunluğuna təsir edən amillərdəndir. Məqalədə bu tendensiyalara ölkələr üzrə də baxılıb. Belə ki, 27 ölkədə aparılan tədqiqatlar rəhbərlikdən alınan dəstək ilə müəllim məmnunluğu arasında yüksək müsbət korrelyasiyanın mövcud olduğunu ortaya qoyub. Ən yüksək müsbət əlaqə Fransa, Yaponiya, Finlandiya, Macarıstan, Litva kimi ölkələrdə müşahidə olunub. Əksər ölkələrdə şagird nizam-intizamının məmnunluğu artırdığı və təxminən üçdə iki ölkədə isə iş yükü artdıqca müəllim məmnunluğunun azaldığı məlum olub.

Məqalədə müəllim məmnunluğunu artırmaq üçün məktəb rəhbərliyinin həlledici rola malik olduğu xüsusi vurğulanır. Belə ki, rəhbərlik tərəfindən dəstəklənən müəllimlər özlərini peşədə daha dəyərli hiss edir və uzun müddət bu sahədə işləməyə daha çox həvəs göstərirlər. Bu baxımdan məktəb rəhbərlərinin hazırlığına və mentorluq proqramlarına investisiya qoyması məqsədəuyğun hesab edilir. Tədqiqatdan aydın olur ki, şagird davranışı da müəllim məmnunluğu üçün əsas amildir. Davranış pozuntularının azalması, səmərəli və sağlam sinif mühitinin təşkili müəllimlərin rifahına birbaşa təsir edir. İş yükünün düzgün idarə olunması stresin azalmasına kömək edir ki, bu da müəllimlərin təhsildə davamlılığının təmin edilməsi üçün zəruridir. Bunun üçün tədris və qeyri-tədris yüklərinin ayrılıqda araşdırılması tövsiyə olunur. Nəticələr ölkədən ölkəyə fərqlənsə də, beynəlxalq səviyyədə müəllim məmnunluğuna ən çox təsir edən əsas amillər aşağıdakılardır:

1. rəhbərlik dəstəyi,
2. şagird davranışı,
3. iş yükü.

Bu nəticələr siyasətçilər, məktəb rəhbərləri və ailələr üçün dəyərli tövsiyələr təqdim edir. Müəllim məmnunluğu yalnız siyasətlə deyil, həm də məktəb rəhbərliyi və ailələrin dəstəyi ilə formalaşır. Yaxşı rəhbərlik və əməkdaşlıq mühiti yaratmaqla, məktəblər müəllimlərin motivasiyasını və təhsilin keyfiyyətini artıra bilər.

Mənbə: Eryılmaz, N., Kennedy, A., Strietholt, R., Johansson, S., Bäckström, P., & Henry, M. (2025, July). Teacher job satisfaction: International evidence on the associations with teacher workload, school leadership, and student discipline. IEA Compass: Briefs in Education No. 27. Amsterdam: International Association for the Evaluation of Educational Achievement (IEA).

Şərhlər

Xəbər lenti

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.