Bütün xəbərlər
21 iyul, 15:07

Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına edilən dəyişiklikləri təsdiqləyib.

“Azərbaycan müəllimi” xəbər verir ki, "“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nda deyilir: 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 163-VIIQD nömrəli Qanunu) 18.5-ci maddəsinə “strukturlarında” sözündən sonra “, məktəbdənkənar təhsil müəssisələrində” sözləri əlavə edilsin.

Maddə 2. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012 (Cild I); 2025, № 1, maddə 18) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.5-ci maddənin birinci cümləsinə ikinci halda “müəssisələrində,” sözündən sonra “məktəbdənkənar təhsil müəssisələrində,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 11.4.5-1-ci maddə əlavə edilsin:

“11.4.5-1. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri;”.

Xatırladaq ki, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilir. 

Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur. 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn‒dövlət‒özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub. Həmin tədbir nəticəsində 2026-cı ilədək əlavə 100000 uşaq məktəbəqədər təhsilə cəlb ediləcək. Həmçinin məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1‒5 yaşlılara nisbəti 50%-ə çatdırılacaq.

Qeyd olunan tədbirin icrası olaraq məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin , eləcə də həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunmuşdu. Bu məqsədlə müvafiq Qanun layihəsi hazırlanmışdı.

 

 

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.