Bütün xəbərlər
31 iyul, 12:04

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarını artırmaqla davamlı məşğulluğunun təmin edilməsi məqsədilə qısamüddətli peşə təlimləri keçirilib. 

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qənnadıçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, ofisiant, barmen və mühasib peşələri üzrə 120, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, təmirçi-çilingər və mühasib peşələri üzrə təlimləri uğurla başa vuran 62 müdavimə dövlət nümunəli sertifikat təqdim edilib. 

Cari ildə Gəncə şəhərində məskunlaşan 182 nəfər məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək olub. Təlim proqramları nəzəri bilik və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov, Elm və Təhsil Nazirliyinin Peşə təhsili sektorunun əməkdaşı Rüstəm Abdullayev, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri Anar Aslanov çıxış ediblər. Çıxışlarda bərpa və quruculuq işlərində peşə təhsilinin rolu, sosial obyektlərin fəaliyyəti və dayanıqlı məskunlaşma üçün görülən tədbirlər ön plana çəkilib. Qeyd olunub ki, qayıdış prosesində ixtisaslı kadrların yetişdirilməsi prioritet məsələdir. Təlimlər də məhz bu məqsədə xidmət edir: yeni bilik və bacarıqlar qazandırmaqla insanları əmək bazarına hazırlamaq.

Peşəkar başlanğıc – yeni üfüqlərə yol

Qısamüddətli təlimlər müxtəlif yaşlı və müxtəlif peşə arzusu olan insanları bir araya gətirib. Aralarında gənclər də var, orta yaşlılar da, əvvəlki peşəsini dəyişmək istəyənlər də. Onların hər birinin arzusu eynidir – yeni bilik qazanmaq və Böyük Qayıdışa peşəkarlıqları ilə töhfə vermək.
“Azərbaycan müəllimi” həmin müdavimlərin bir necəsi ilə söhbətləşib.

Təlimin yekununda sertifikat alan müdavimlərdən biri olan Minəxanım Aslanova bildirir ki, ofisiantlıq üzrə 1 aylıq təlimə qoşulmuşdu: “Bu müddət ərzində çox faydalı dərslər keçdik. Xidmət sahəsində peşəkarlığın vacib olduğunu düşünürəm və bu sahədə çalışmaq arzusundayam. Təlim zamanı Gəncə şəhərindəki bir neçə şadlıq sarayında praktiki təcrübə qazandıq. 18 yaşlı bir gənc olaraq arzum Qarabağda işləmək və gələcəkdə gözəllik xidməti sahəsindəki peşə təlimlərinə qatılmaqdır”.

“Təlimlərə həyat yoldaşım, qızım və oğlumla  birgə qoşulduq”

Adil Abbasov isə Kəlbəcər rayon sakinidir. O, “Satış təmsilçisi” istiqaməti üzrə təşkil edilən təlimlərin iştirakçısı olub: “60 yaşım var və uzun müddət sürücü işləmişəm, lakin cərrahiyyə əməliyyatından sonra bu sahədə fəaliyyət göstərə bilmədim. Bu təlimlərə ailə üzvlərim – həyat yoldaşım, qızım və oğlumla birgə qoşulduq. Peşə məşğulluğu ilə bağlı dövlət proqramı haqqında ilk dəfə eşidəndə çox sevindik, çünki Kəlbəcər sakini kimi doğma torpağıma qayıdıb orada işləmək arzusundayam”.

“Kəlbəcərdə işləmək niyyətindəyəm”

40 yaşlı Venera Məmişova  bildirir ki, bu təlimlərdə “Qənnadıçı-şirniyyatçı” ixtisasını bitirib: “Evdar qadın olaraq şirniyyat bişirməyə böyük marağım var. Müəllimlər dərsləri çox yaxşı başa saldılar, bu da mənim sahəyə olan həvəsimi artırdı. Bu peşə ilə bağlı biliklərimi bundan sonra da artırmaq istəyirəm. Həyat yoldaşım Kəlbəcər rayon sakini olduğu üçün gələcəkdə orada işləmək niyyətindəyəm”.

“Peşə təhsili mənə həmişə maraqlı gəlib”

Gövhər İsabəylinin isə 30 yaşı var və Kəlbəcər rayon sakinidir. O deyir ki, “İbtidai sinif müəllimliyi”ni bitirsə də, peşə təhsili sahəsi ona həmişə maraqlı gəlib: “Riyaziyyat sahəsinə olan marağım məni mühasiblik peşəsinə yönəltdi. İki aylıq mühasibatlıq kursunu bitirmişəm və dərslər həm nəzəri, həm də praktiki cəhətdən çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu təlim mənim peşəkar bacarıqlarımı artırdı”.
 

“Mühasibatlığa böyük həvəsim olub”

38 yaşlı Amil Əhmədov da mühasibatlıq kursunu bitirib: “Əslində ixtisasca riyaziyyat müəllimiyəm. Uşaqlıqdan riyaziyyatı sevmişəm, amma mühasibatlığa da böyük həvəsim olub. Dövlətin Böyük Qayıdış proqramı çərçivəsində təşkil etdiyi təlimlərə həvəslə qoşuldum və uğurla başa vurdum. Təlim müddətində Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəliklərində əməkhaqlarının hesablanması üzrə təcrübə keçdim. Düşünürəm ki, sertifikat alan hər bir iştirakçı artıq təkcə müdavim deyil, sabahın peşəkarı, Qarabağın qurucusudur”.

Qeyd edək ki, təlimlər əmək bazarının ehtiyaclarına uyğun olaraq təşkil olunur. Məcburi köçkünlər portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək bilik və bacarıqlarını artırmaqla gələcəkdə Qarabağda işə başlamaq imkanı qazanırlar. Dövlət nümunəli sertifikat isə bu prosesi rəsmiləşdirən, əmək fəaliyyətinə start verən mühüm sənəddir.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.