Bütün xəbərlər
15 sentyabr, 13:01

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 15 sentyabr – “Bilik günü” ilə bağlı paylaşım edib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, paylaşımda deyilir:

"15 sentyabr – “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bütün müəllim, tələbə və şagirdləri, həmçinin valideynləri təbrik edirəm.

Əziz şagirdlər! Hər birinizə bol enerji, öyrənmək həvəsi və dərslərinizdə nailiyyətlər arzulayıram.

Tələbə adını yenicə qazanmış gənclər! Hər biriniz önəmli bir mərhələni geridə qoyaraq biliklərinizi, əzminizi və məqsədyönlü olduğunuzu sübut etmisiniz. İndi qarşınızda imkanlarla, kəşflərlə və nailiyyətlərlə dolu yeni bir səhifə açılır. 

Müasir dünya sürətlə dəyişir, texnologiyalar o qədər tez inkişaf edir ki, bu gün əldə etdiyimiz biliklərin sabah artıq yenilənməsinə ehtiyac duyala bilər. Buna görə də təhsil yalnız imtahanlara hazırlıq deyil, həm də ömür boyu öyrənmə bacarığı, yeniliklərə açıq olmaq və çevik uyğunlaşmaq qabiliyyətidir. 

Unutmayın ki:

- bilik və bacarıqlarınız sizin əsas sərvətinizdir;

-  məsuliyyət, intizam və öyrənmə həvəsi sizə uğur qazanmaqda köməklik göstərəcək;

- İdeyalarınız, inkişaf etmək arzunuz ölkəmizin və cəmiyyətimizin gələcəyini formalaşdıracaq.

Əminəm ki, hər biriniz elm, mədəniyyət, texnologiya, iqtisadiyyat və digər sahələrin inkişafına öz töhfənizi verəcəksiniz. Qoy bu tədris ili sizə yalnız yeni biliklər deyil, həm də kəşf sevinci, sadiq dostlar və öz gücünüzə inam bəxş etsin".

Şərhlər

Xəbər lenti

15 sentyabr, 14:48

Mingəçevir Dövlət Universiteti 20 tələbəyə birdəfəlik təqaüd ayırıb

15 sentyabr, 14:40

“NEQSOL Holding Azərbaycan” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.