Bütün xəbərlər
15 sentyabr, 11:11

Sentyabrın 12-də Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədinə müvafiq olaraq “İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası təşkil olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda təhsil istiqamətində son dövrlərdə həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıdakı dövr üçün planlar müzakirə edilib.

İşçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək Strategiyada nəzərdə tutulan tədbirlər üzrə ötən dövrdə əldə olunmuş nəticələr barədə ətraflı məlumat təqdim edib, yarımillik hesabatla bağlı nəzərə alınmalı məqamları qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramin Hüseyn çıxışında icraçı qurumlar tərəfindən həyata keçirilmiş işləri yüksək qiymətləndirərək hesabat ilinin sonunadək nəzərdə tutulan digər tədbirlərin icrasının təmin olunmasının və davamlı izlənilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov görülmüş işlərə dair monitorinq hesabatını təqdim edib. O, hədəf indikatorları üzrə icra vəziyyəti, mövcud çətinliklər, təkliflər və gələcək planlar barədə iclas iştirakçılarını məlumatlandırıb.

Hesabatın təqdimatından sonra İşçi qrupunun üzvləri müzakirədə iştirak edib, rəy və təkliflər səsləndirilib və görülən işlərin effektivliyinin artırılması istiqamətində verilən tövsiyələrə uyğun olaraq növbəti addımlar müəyyənləşdirilib.

1 /10

Şərhlər

Xəbər lenti

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.