Bütün xəbərlər
10 iyun, 11:18

Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.

“Arietid" sözü meteorların səmadakı çıxış nöqtəsinin (radiantının) yerləşdiyi Qoç (Aries) bürcünün adından gəlir. Astronomiyada meteor yağışları adətən onların radiant nöqtəsinin hansı bürcdə yerləşdiyinə əsasən adlandırılır. Bu meteor axını radiantı Qoç bürcündə olduğuna görə "Arietid" adını alıb. Meteor axınının maksimum fəallığı xüsusilə səhər saatlarında - dan yeri sökülməzdən az əvvəl və ya gün çıxanda baş verir. Bu isə onların adi gecə meteor axınlarından fərqli olaraq müşahidəsinin çətinləşməsinə səbəb olur – çünki gün işığı meteoru sönük göstərir və müşahidəni çətinləşdirir. Buna görə bu axın “gündüz meteor axını” kateqoriyasına daxildir.

Gündüz Arietid meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.

Şərhlər

Xəbər lenti

10 iyun, 18:20

STEAM'ool olimpiadasında 2400-dən çox şagird iştirak edir

10 iyun, 18:12

MDU-nun rektoruna yeni müşavir təyin olunub

10 iyun, 18:02

11 may tarixində keçirilmiş imtahanların nəticələri elan olunub

10 iyun, 17:25

Əsas məsələ yıxıldıqdan sonra qalxmaq, irəli getməkdə israrlı olmaqdır – Sakit Məmmədov

10 iyun, 16:55

Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

10 iyun, 16:42

Kəmalə Aşumova: Uşaqlar təhsil mühitində daha aktiv iştirakçıya çevrilirlər

10 iyun, 16:36

Azərbaycanda beynəlxalq bazalarda indekslənən 25 elmi jurnal var

10 iyun, 16:27

RFO qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

10 iyun, 16:20

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan keçirilib

10 iyun, 16:08

Avstriyada məktəbdə atışma olub, 11 nəfər ölüb

10 iyun, 15:50

ADNSU Albaniyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək

10 iyun, 15:29

LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

10 iyun, 15:20

Təhsil təbiətin tərəfindədir

10 iyun, 15:12

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

10 iyun, 15:05

Təhsilini kredit hesabına bitirdi, indi məhkəmədə çalışır

10 iyun, 15:02

SDU-da Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

10 iyun, 15:00

Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

10 iyun, 14:28

388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb

10 iyun, 14:28

Övladları məktəbəhazırlıq qruplarının rus bölmələrində oxuyanların NƏZƏRİNƏ!

10 iyun, 14:08

Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.