Bütün xəbərlər
11 mart, 11:34

Məlum olduğu kimi, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 10 sual metodika və pedaqogika üzrə olacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən test imtahanında hüquqi savadlılıq mövzusuna dair 1, metodiki səriştəlilik mövzusu üzrə 5, pedaqoji və psixoloji yanaşmalar mövzusuna dair isə 4 sual salınacaq.

Məzmun sahələri üzrə mövzular aşağıdakı kimidir:

1. Hüquqi savadlılıq
- Təhsil qanunu (12, 13, 17-ci maddələr);
- Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu (9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr);
- Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.);
- Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətyönümlü təhsil, inklüziv təhsil və s.);
- Müəllimlərin etik davranış qaydaları.

2. Metodiki səriştəlilik
2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili
- XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.);
- Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s.);
- Metakoqnitiv bacarıqların formalaşdırılması;
- Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi;
- B. Blumun "İdrak taksonomiyası" və təlimdə tətbiqi;
- Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi;
- İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.);
- Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbolunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s;
- Müəllimin fasilitasiya bacarığı;
- Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.);
- Təlim strategiyaları, texnika və üsullar (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, İnsident üzərində iş, "Nə olardı əgər?", "Mən kiməm?", 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləş-bölüş);
- Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları;
- İnklüziv təhsil;
- Təlimdə diferensial yanaşma;
- Öyrənmə tərzləri.

2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)
- Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq);
- Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ - kiçik, böyük);
- Qiymətləndirmə meyarları;
- Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri. Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.);
- Beynəlxalq qiymətləndirmə (TIMSS, PIRLS, PISA və s.).

3. Pedaqoji və psixoloji yanaşmalar
3.1. Pedaqoji və psixoloji nəzəriyyələr
- H. Qardner - "Çoxnövlü zəka" nəzəriyyəsi;
- J. Piaje - "Zehni inkişafın mərhələləri" nəzəriyyəsi;
- L. Vıqotski - "Sosial inkişaf" nəzəriyyəsi, "Yaxın inkişaf zonası" anlayışı;
- K. Dvek - "Düşüncə tərzi" nəzəriyyəsi;
- L. Kolberq - "Mənəvi inkişaf" nəzəriyyəsi;
- R. Qanye - "Öyrənmənin şərtləri" nəzəriyyəsi;
- D. Qoulman - "Emosional zəka" nəzəriyyəsi;
- K. Yunq - "İntrovert və ekstravert şəxsiyyət";
- Şəxsiyyətin formalaşdırılması və inkişafı, məktəbin və müəllimlərin rolu.

3.2. Sinifdə sağlam psixososial mühitin yaradılması
- Sosial-emosional öyrənmə;
- Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri, təhlükəsiz öyrənmə mühiti;
- Sinfin idarəedilməsi mexanizmləri və strategiyalar (buzqıranlar);
- Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası;
- Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri;
- Şagird davranışının idarə olunması;
- Qısnama (bullinq).

Qeyd edək ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. İştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.