Bütün xəbərlər
7 may, 11:19

Respublika fənn olimpiadalarının (RFO) final turunda Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonların şagirdləri də yüksək nəticə göstəriblər. 

“Azərbaycan müəllimi” qalib şagirdlərlə həmsöhbət olub.

“Qalib olacağıma inanırdım, çünki gecə-gündüz çalışırdım”

İlk müsahibimiz Xədicə Allahverdilidir. Xədicə Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxan kənd tam orta məktəbinin lX sinif şagirdidir. O, əvvəlki illərdə məktəbdə və rayonda keçirilən bilik yarışlarında uğurla iştirak edib. Keçən tədris ilində Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-nun yarımfinal turuna qədər irəliləyib. XI sinfin buraxılış imtahanında 300 bal, blok imtahanında 400 bal olmaqla, ümumilikdə 700 bal toplamaq və gələcəkdə hüquqşünas olmaq arzusundadır:

“RFO-da Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medal əldə etdim. Azərbaycan dili və ədəbiyyat fənninə böyük marağımın olması mənim bu müsabiqədə iştirak etməyə həvəs yaratdı. Müsabiqəyə müəllimlərim Mirvari Rüstəmova və Cavid Rüstəmovun dəstəyi ilə növbəti tura əzmlə hazırlaşdım. Qalib olacağıma inanırdım, çünki gecə-gündüz çalışırdım”.

“Keçən il cəhdim uğursuz olsa da, məqsədimdən dönmədim”

Daha bir müsahibimiz Saatlı rayon Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin X sinif şagirdi Kənan Səfərovdur. Kənanın sözlərinə görə, bu il keçirilən tarix fənni üzrə RFO-da qızıl medal əldə edib. Kənan da müsabiqəyə hazırlığı və uğurları barədə danışıb:

“Müsabiqədə iştirakımın əsas səbəblərindən biri tarix fənninə marağım, eyni zamanda, tarix biliklərimi olimpiada səviyyəsində inkişaf etdirmək, daha çox məlumat əldə edərək şagird həyatımı daha maraqlı və məhsuldar etməkdir. Keçən il cəhdim uğursuz olsa da, məqsədimdən dönmədim və  müəllimim Mahir Aslanlı ilə birlikdə olimpiadaya daha ciddi hazırlaşmağım nəticəsində qələbə əldə etdim. Bu yolda əmiqızım Leylanın da köməyi əvəzsizdir. O da əvvəlki dövrlərdə olimpiadanın qalibi olub və öz təcrübəsini mənimlə bölüşüb. Qalib olacağımla bağlı tərəddüdlərim olsa da, içimdə inam hissi var idi. Çünki olimpiadanın suallarının mövzusu fərqli və çətin olsa da, öhdəsindən gələcəyimə, düzgün cavablandırdığıma inanırdım. 9-cu sinif buraxılış imtahanında rayon üzrə ən yüksək nəticəni göstərmişəm. Bununla yanaşı, ”Zəfər” yarışları, “Xəmsə” kimi müxtəlif intellektual yarışlarda rayon və region birinciliyi qazanmışam. İndi əsas məqsədim 11-ci sinfin buraxılış və blok imtahanlarında yüksək nəticə toplayaraq ADA universitetinin tələbəsi olmaq və hüquqşünas kimi dövlətimə xidmət etməkdir”.

“Həmişə "birincilərin birincisi" olmaq hədəfim olub”

Növbəti müsahibimiz İmişli rayon Nizaməddin Əzizalıyev adına Ölcələr kənd tam orta məktəbinin 9-cu sinif  şagirdi Şəfəq Bayramovadır. Şəfəq RFO-nun tarix fənni üzrə qızıl medalçısıdır. Keçən il tarix fənni üzrə bürünc medal qazanıb. Builki buraxılış imtahanında ingilis dili fənni üzrə 100% nəticə göstərib:

“Tarix fənninə marağıma görə, həm də mübarizə aparıb qalib gəlməyi çox sevdiyim üçün olimpiadaya qoşuldum. Həmişə "birincilərin birincisi" olmaq hədəfim olub və sonda bu məqsədə nail olmağı bacardım. Müsabiqəyə əvvələr müstəqil  hazırlaşsam da, bu il daha ciddi cəhdlə hazırlaşmaq üçün müəllimim Şəfəq Şəfaqətova ilə hazırlaşdım. Məktəbimizin tarix müəllimi Gülnar Ələsgərlinin də dəstəyi böyük olub. Çox inanırdım və məqsədimə doğru əzmlə çalışırdım, sonda qalib oldum”.

“Növbəti illərdə də RFO-da qızıl medallar qazanmağı düşünürəm”

Qaliblərdən biri də Aytəkin İsmayıllıdır. Aytəkin Beyləqan rayon Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta məktəbinin IX sinif şagirdidir. O da RFO-ya hazırlıq prosesindən və əvvəlki uğurlarından həvəslə danışır:

“Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-nun final mərhələsində uğurla iştirak edərək bürünc medala layiq görüldüm. Bu fənnə sevgimin ən böyük səbəbkarı fənn müəllimim Samirə Namazovadır. Samirə müəllim məndə RFO-da  iştirak etməyimə böyük inam və həvəs yaratdı. Eyni zamanda, həmin fəndən məktəbimizin şagirdi olmuş Fidan Qasımovanın 3 il ardıcıl 2 qızıl və 1 gümüş medal gətirməsi mənə daha çox stimul verdi. Müsabiqəyə fənn müəllimim Samirə Namazova ilə hazırlaşmışam və bu uğuruma görə ona xüsusi minnətdaram. Qalib olacağıma inanırdım. Məktəb rəhbərimiz Təranə İsgəndərovanın və Samirə müəllimin tələbkarlığı, əziyyəti məni inadırırdı ki, qalib olacağam və məktəbimizin medalla bağlı ənənəsini davam etdirəcəm. Oxuduğum məktəbin əlaçısıyam. Məktəbdaxili yarışlarda, rayon tədbirlərində fəal iştirak edirəm. VIII sinifdə oxuyarkən Azərbaycan dili ədəbiyyat fənnindən RFO-da iştirak etmişəm və şəhər (rayon) mərhələsindən yüksək balla keçmişəm. Növbəti illərdə də RFO-da iştirak etmək və qızıl medallar qazanmağı düşünürəm. Gələcəkdə isə Azərbaycan dili fənnini çox sevdiyim üçün filoloq və ya Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı düşünürəm”.  

“Məktəbimizin ilk olimpiada qalibiyəm”

Növbəti qalib Səmayə Şirinzadədir. Səmayə Beyləqan rayon Qaralılar kənd orta məktəbinin 8-ci sinfində oxuyur:

“Tarix fənninə olan sevgim, fənn müəllimimimin bu fənni mənə sevdirməsi, keçdiyi maraqlı dərs metodları, həmçinin direktor, sinif rəhbəri və valideynlərimin mənə dəstək vermələri bu müsabiqəyə qoşulmağıma səbəb oldu. Fənn müəllimim Vüsal Ramizovla həm məktəbdə, həm də onlayn şəklində mütəmadi şəkildə müsabiqəyə hazırlaşırdım. Bu yola inanaraq addım atdım və Vüsal müəllimin bu fənni mənə sevdirməsi, həm də psixoloji dəstəyi qalib olacağıma inam yaratdı. Bu, ilk uğurumdur. Məktəbimizin ilk olimpiada qalibiyəm. Bundan sonra da daha böyük və gözəl nailiyyətlərimin olacağına inanıram. Fənn müəllimim Vüsal müəllim kimi tarix  müəllimi olmaq istəyirəm”.

Biz də öz növbəmizdə qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.