Bütün xəbərlər
9 iyul, 15:17

İyulun 9-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi ilə yaxından tanış olmaq məqsədilə ictimaiyyət nümayəndələri üçün infotur təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, infoturda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, digər struktur bölmə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi müəllimlərin işə qəbulu prosesində şəffaflıq və obyektivliyin təmin olunmasını ictimai müşahidə yolu ilə qiymətləndirmək olub.

İnfotur iştirakçıları imtahan mərkəzində yaradılan şəraitlə, namizədlərin qeydiyyatı və imtahana buraxılış prosedurları ilə tanış olublar. Onlar test imtahanlarının gedişini izləyərək şəffaflığın və obyektivliyin praktikada necə tətbiq olunduğunu müşahidə ediblər.

Daha sonra iştirakçılar üçün təşkil olunan “dəyirmi masa”da müəllimlərin işə qəbulu prosesi barədə ətraflı məlumat təqdim olunub. Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib ki, cari il üzrə test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 44 imtahan mərkəzində keçirilir və bütün mərhələlər tam elektron formatda təşkil olunur. Onun sözlərinə görə, yalnız iyulun 9-da keçirilən imtahanın hər iki seansında ümumilikdə təxminən 15 min, bütün proses ərzində isə 65 mindən artıq namizədin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu çıxışında qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ölkənin bütün bölgələrində keyfiyyətli təhsilə bərabər çıxışı təmin etməyə xidmət edir. O bildirib ki, məqsəd həm paytaxtda, həm də regionlardakı təhsil müəssisələri üçün eyni meyarlarla seçilmiş, bilik və bacarıqları yüksək olan müəllimlərin təyin olunmasıdır.

Vəfa Yaqublu əlavə edib ki, müsabiqənin bütün mərhələlərində - həm test imtahanı, həm də müsahibə prosesində şəffaflıq və obyektivlik prinsiplərinə ciddi şəkildə əməl olunur.

İnfotur iştirakçıları prosesi yüksək qiymətləndirərək qeyd ediblər ki, imtahanların müasir texnologiyalarla təşkili və ictimaiyyətə açıq şəkildə aparılması təhsildə şəffaflıq və etimada əsaslanan mühit formalaşdırır.

Geniş fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, təklif və rəylər səsləndirilib.

1 /9

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.