Bütün xəbərlər
11 iyul, 17:02

Artıq müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) test imtahan mərhələsi başa çatıb. Bu imtahanlarda yüksək nəticə göstərən müəllimlərdən biri də Gülnarə Dadaşovadır. O, iyulun 8-də verdiyi imtahanda 97,5 bal toplayıb.

Gülnarə müəllim bakalavr təhsilini “Kimya və biologiya müəllimliyi” ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistr təhsilini isə biologiya istiqaməti üzrə Bakı Dövlət Universitetində alıb. Hazırda Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində kimya müəllimi kimi fəaliyyət göstərir:

"Mən MİQ imtahanında ilk dəfə iştirak etmirəm. 2024-cü ildə MİQ imtahanında 90 bal toplayaraq regionun kimya müəllimləri arasında ən yaxşı nəticəni əldə etmişəm".

Gülnarə müəllim iştirak etdiyi imtahanla bağlı təəssüratlarını da “Azərbaycan müəllimi” ilə paylaşır:
"Müasir dövrdə təhsil sistemində ən mühüm islahatlardan biri şəffaf və obyektiv keçirilən MİQ imtahanlarıdır. Mənim iştirak etdiyim imtahan da ədalətlilik prinsipinə uyğun, yüksək peşəkarlıqla təşkil olunmuşdu. Düşünürəm ki, müəllim seçiminin təşkilinə olan belə yanaşma cəmiyyətimizdə müəllim peşəsinə olan hörməti, onun nüfuzunu daha da artırır. İmtahanın elektron formada təşkilinin bir çox üstünlükləri var. İmtahanın sonunda nəticələrimizi monitorda görməyimiz elə şəffaflığın sübutudur. İmtahan sualları ixtisas və metodikanı tamamilə əhatə edirdi".

Müsahibimiz belə düşünür ki, MİQ müsabiqəsinin keçirilməsi məktəblərdə yüksək bilik və bacarıqlara malik müəllim kollektivinin formalaşmasına səbəb olur:
“Düşünürəm ki, MİQ imtahanı yalnız müəllim olmaq istəyən şəxslər üçün deyil, bütövlükdə ölkənin təhsil sistemi üçün böyük əhəmiyyət kəsb edir. Sağlam rəqabət əsasında aparılan bu seçim imtahanı yüksək peşəkarlığa, bilik və bacarıqlara malik motivasiyalı və səriştəli müəllim kollektivi formalaşdırır. Məhz bu səbəb təhsilimizin keyfiyyətinin yüksəldilməsi və effektivliyin artırılması üçün əsas zəmindir. MİQ, eləcə də sertifikatlaşdırma imtahanlarının digər üstün cəhəti müəllimləri müntəzəm olaraq öz üzərlərində çalışmağa, onları bilik və peşə hazırlıqlarını daim yüksəltməyə təşviq etməsidir. MİQ imtahanları müəllimlərin öz potensiallarını üzə çıxarması üçün də əvəzsiz sistemdir”.

Qeyd edək ki, Gülnarə Dadaşova Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə yaradılmış mərkəzdə imtahan verib.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.