Bütün xəbərlər
8 iyul, 12:04

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkələrdə müəllimlərin işə qəbulu (MİQ) imtahanında metodika üzrə sualların çətin olması barədə yazılan fikirlərə münasibət bildirib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, V.Yaqublu bu gün jurnalistlərə açıqlamasında deyib ki, MİQ imtahanında namizədlər fənn,  pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər. Metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı, pedaqoji təcrübə də tələb edir: 

“Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər. Unutmayaq ki, müəllimlərin dərin metodiki biliyi və tətbiq bacarığı şagirdlərin nəticələrində də özünü göstərir”.

Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. 

Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcək.

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.