Bütün xəbərlər
17 may, 21:09

Mayın 17-də paytaxtda monitorinq üçün ayrılmış 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, lV sinif şagirdləri üçün keçirilən monitorinq zamanı 8 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində  yaranan texniki məsələlərlə bağlı operativ tədbirlər görülüb. Uşaqlara optimal müddət ərzində biliklərini nümayiş etdirmək üçün müvafiq vaxtın (150 dəqiqə) verilməsi təmin olunub.

Qeyd olunan həmin imtahan mərkəzində baş verən məsələ araşdırılıb. Monitorinqdə texniki səbəbdən problemlə üzləşən 46 nömrəli tam orta məktəb şagirdlərinin valideynləri ilə videogörüntülü görüş keçirilib, onlarla müvafiq söhbət aparılıb, valideynləri düşündürən suallara aydınlıq gətirilib.

Qeyd edək ki, monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir. Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

Şərhlər

Xəbər lenti

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 15:53

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.