Bütün xəbərlər
8 iyul, 14:58

Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin qurulması və keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi üzrə təlimlər yekunlaşıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim proqramı çərçivəsində iştirakçılara məktəbdaxili qiymətləndirmənin əsas komponentləri – diaqnostik, formativ və summativ qiymətləndirmə, həmçinin qiymətləndirmə vasitələrinin hazırlanması üzrə nəzəri biliklər və praktik bacarıqlar təqdim olunub. Bununla yanaşı, tədris prosesində oxuyub-anlama bacarıqlarının inkişafı, riyaziyyatın tədrisi metodikası, diferensial və inklüziv təlimin təşkili, sinif idarəetməsi və təlimin səmərəliliyinin artırılması, süni intellektin təhsildə tətbiqi kimi aktual mövzular da təlim proqramının əsas istiqamətlərini təşkil edib.

Təlimlər həmçinin dərs planlaşdırma nümunələrinin hazırlanması və təqdimatı, dərsdinləmə fəaliyyəti və dinləmə sonrası rəyvermə, idarəetmə bacarıqları və pedaqoji liderlik kimi praktik və tətbiqyönlü fəaliyyətləri də əhatə edib. Təlim prosesində interaktiv müzakirələr, situativ tapşırıqlar və praktiki çalışmaların geniş şəkildə tətbiqi, iştirakçıların metodik və pedaqoji bacarıqlarının inkişafına, eləcə də bu bacarıqların real dərs mühitində səmərəli istifadəsinə şərait yaradıb. Müxtəlif bölgələrdən olan müəllimlərin fəal iştirakı və qarşılıqlı təcrübə mübadiləsi əsasında konstruktiv öyrənmə mühiti formalaşıb.

Qeyd edək ki, layihədə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyatı, eləcə də riyaziyyat fənləri üzrə müəllimlərin sertifikasiyası imtahanından uğurla keçən pedaqoqlar iştirak ediblər.

“Müasir metodist” layihəsi üzrə metodist hazırlığı təlimlərinin davamı nəzərdə tutulur.

1 /6

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.