Bütün xəbərlər
4 iyul, 11:16

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün MSN-in müəssisələrindən birinə növbəti infotur təşkil edilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlcə infotur iştirakçıları müəssisənin ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tələbələrə Azərbaycanın müdafiə sənayesinin tarixi, inkişaf mərhələləri və müasir imkanları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın müdafiə sənayesi bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və ölkəmizdə bu sahənin daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vətən müharibəsində Azərbaycan silahının düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində göstərdiyi diqqətə çatdırılıb, yerli istehsal olan hərbi məhsullarla Ordumuzun etibarlı silahlanmasının təmin edilməsinin döyüş əməliyyatlarının uğurla həyata keçirilməsinə şərait yaradığı barədə danışılıb.

Sonra tələbələr müəssisənin istehsalat prosesi ilə tanış olublar və onları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar bu cür maarifləndirici turların təşkilinə görə MSN-in rəhbərliyinə minnətdarlıqlarını bildirib və belə tədbirlərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.

1 /2

Şərhlər

Xəbər lenti

4 iyul, 15:31

Fərhad Hacıyev: Dövlətin elmi-intellektual müsabiqələrə diqqət göstərməsi təqdirəlayiqdir

4 iyul, 15:18

UNEC-in məzunu ABŞ universitetinin təqaüdünü qazanıb

4 iyul, 15:02

BMU Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramının icrasına başlayır

4 iyul, 13:03

MİQ üzrə apellyasiya müraciətlərinə start verilib

4 iyul, 13:02

Sabahın hava proqnozu açıqlanıb

4 iyul, 12:52

Abşeron məktəbinin müəllimi: Nəticəm müəllimlik yolumda motivasiyaedici dönüş nöqtəsi oldu

4 iyul, 11:53

Kənd məktəbinin 11 məzunu fərqlənmə attestatı aldı – Uğurun ünvanı

4 iyul, 11:52

Berkli Universitetində azərbaycanlı və amerikalı alimlərin görüşü olub

4 iyul, 11:45

Paytaxtda IX sinfi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

4 iyul, 11:18

UNEC-də "Keyfiyyətin idarə edilməsi və akkreditasiya prosesləri” mövzusunda təlim keçirilib

4 iyul, 11:10

AzMİU-da tələbə könüllülər təltif olunub

4 iyul, 10:04

UFAZ məzunu Norveçin təqaüd proqramının qalibi olub

4 iyul, 09:54

Azərbaycanlı tələbələr Çində təqaüdlə təhsil alacaqlar

4 iyul, 09:45

ADU-da “Məzun günü” keçirilib

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün bu ilin sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.