Bütün xəbərlər
4 iyul, 12:52

Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq geridə qalıb. Yüksək nəticə göstərən müəllimlər ruh yüksəkliyi ilə sertifikatlaşdırmanın müsahibə mərhələsinə hazırlaşırlar. 

Belə müəllimlərdən biri Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbin informatika müəllimidir. 

“Azərbaycan müəllimi” gənc müəllimin sertifikatlaşdırma ilə bağlı fikirlərini öyrənib.

Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin informatika müəllimi Könül Tağızadə sertifikatlaşdırma imtahanında 55 bal toplayıb. Artıq 10 ildir ki, müəllim kimi çalışır. 

Onun sözlərinə görə, bu illər ərzində pedaqoji və ixtisas biliklərini daim təkmilləşdirməyə çalışıb və şagirdlərinə daha keyfiyyətli təhsil verməyi əsas məqsəd kimi qarşısına qoyub. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edib və topladığı 55 balla fənn üzrə respublika birincisi olub: “Həmin nəticə mənim üçün müəllimlik yolumda motivasiyaedici bir dönüş nöqtəsi oldu”,- deyir Könül müəllim.

Sertifikatlaşdırmaya necə hazırlaşması barədə məlumat verən həmsöhbətimiz bildirir ki, ixtisas üzrə xüsusi hazırlığa ehtiyac duymayıb: “Mən daim ixtisasıma bağlı, yeniliklərə açıq bir müəllim olmuşam. Mütəmadi olaraq beynəlxalq və yerli təlimlərdə, seminarlarda iştirak edirəm. Gündəlik dərs prosesi özü, təbii ki, bir hazırlıq platformasıdır. Lakin metodika sahəsində müəyyən mövzuları daha dərindən təhlil etmək məqsədilə əlavə hazırlıq apardım. İmtahan sualları çətin deyildi, lakin diqqət və dəqiqlik tələb edirdi. Mənim buraxdığım 5 səhv bilik çatışmazlığından deyil, məhz diqqətsizlik səbəbindən baş verdi. Bu isə mənə bir daha göstərdi ki, uğur yalnız biliyə deyil, imtahan zamanı diqqətin cəmləyə bilmək bacarığının olmasına da bağlıdır”.

Könül müəllim az bal toplayan həmkarlarına  ilk növbədə onu demək istəyir ki, imtahan yalnız bir mərhələdir, əsas məqsəd öyrənmək, təcrübə qazanmaq və növbəti mərhələyə daha güclü hazırlaşmaqdır: “Biz müəllimlər daim dəyişən təhsil sisteminə uyğunlaşmaq, özümüzü yeniləmək məcburiyyətindəyik. Əgər bu dəfə istədikləri nəticəni əldə etməyiblərsə, bu o demək deyil ki, bacarmayacaqlar. Əksinə, bu, bir fürsətdir: öz zəif tərəflərini görmək, məqsədyönlü şəkildə üzərində işləmək və gələcəkdə daha uğurlu nəticələr əldə etmək üçün. Tövsiyəm budur ki, motivasiyanı itirməsinlər, hər uğursuzluq bir təcrübədir və bu təcrübə gələcək uğurun zəminini yaradır. Unutmayaq ki, peşəmiz yalnız bir imtahanla deyil, hər gün sinifdə gördüyümüz işlə ölçülür”.

“Sertifikatlaşdırmanı qorxulu və ya stressli bir mərhələ kimi deyil, özümüzə qarşı dürüstlük və peşəmizə olan hörmətin bir göstəricisi kimi görsək, bu proses bizə ziyan yox, fayda verər”

Sertifikatlaşdırmanın əhəmiyyəti barədə danışan Könül Tağızadə vurğulayır: 

“Dürüst desəm, müəllim olaraq biz gündəlik elə bir tempdə işləyirik ki, bəzən özümüzü yoxlamağa, “haradayam, nəyi yaxşı edirəm, nədə çatışmazlığım var?” suallarını verməyə vaxt tapmırıq. Sertifikatlaşdırma prosesi mənim üçün məhz bu suallara cavab tapmaq fürsəti oldu. Bu imtahan təkcə bir qiymətləndirmə yox, həm də bir dayaq nöqtəsidir – durub geri baxmaq, nəyi düz etmişəm, nəyi bir az da təkmilləşdirməliyəm, bunu anlamaq üçün. Bəzən biz müəllimlər düşünürük ki, uzun illərin təcrübəsi hər şeyə bəs edir. Amma reallıqda təhsil sahəsi daim yenilənir və biz də bu dəyişikliklərə uyğunlaşmalıyıq. Sertifikatlaşdırma isə bu yenilənmənin bir hissəsidir. 

Mən informatika müəllimi olaraq deməliyəm ki, texnologiya sahəsində hər şey çox sürətlə dəyişir və bu, mənim üçün yeni şeylər öyrənməyi labüd edir. Sertifikatlaşdırma prosesi mənə göstərdi ki, biliklərimi sadəcə gündəlik dərsdə istifadə etmək yox, eyni zamanda sistemli şəkildə yeniləmək və mövcud bilikləri analiz etmək də vacibdir. Bu prosesdə öz zəif və güclü tərəflərimi obyektiv görmək imkanım oldu. Ən əsas isə odur ki, bu qiymətləndirməni özümüz üçün etdiyimizi başa düşməliyik. Çünki inkişafımızın sonunda qazanan həm bizik, həm də şagirdlərimiz. Sonda isə deyərdim: sertifikatlaşdırmanı qorxulu və ya stressli bir mərhələ kimi deyil, özümüzə qarşı dürüstlük və peşəmizə olan hörmətin bir göstəricisi kimi görsək, bu proses bizə ziyan yox, fayda verər”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.