Bütün xəbərlər
3 iyul, 17:15

Bu gündən ölkə üzrə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib. Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində keçirilir. İmtahanın birinci gününün ilk seansında Azərbaycan dili və ədəbiyyat, texnologiya, təsviri incəsənət fənləri üzrə müəllim işləmək istəyən 81 namizəd iştirak edib.

"Azərbaycan müəllimi" imtahanda iştirak edən və yüksək nəticə göstərən müəllimlərin bir neçəsi ilə həmsöhbət olub.

Yeni ali məktəbi bitirib məzun olanlar, yeni arzular və bu arzulara aparan yol... İmtahan verənlərin çoxu, demək olar ki, gəncdir. Bu neçə ildə auditoriyalarda imtahan verməyə öyrəşmiş olsalar da, burada həyəcanları tam başqadır.

Elə təsviri incəsənət müəllimi işləmək üçün imtahan verərək 91 bal toplayan Türkan Əhmədli kimi. Yüksək nəticəsinə görə çox sevinclidir, deyir ki, imtahan uğurlu keçib:

"İmtahan mənim üçün çox rahat keçdi, hər cür şərait yaradılmışdı. İmtahana son 4 ay ərzində hazırlaşmışam. Niyyətim Naxçıvan şəhərindəki məktəblərin birində dərs deməkdir".

Digər namizəd İnci Qənbərova da təsviri incəsənət müəllimi işləmək üçün imtahan verib. O, Naxçıvan Dövlət Universitetinin məzunudur, imtahanda 84 bal toplayıb. Deyir ki, imtahana bir neçə ay ərzində hazırlaşıb:

“Daha dəqiq desəm, əslində, bu imtahana 4 ildir ki, hazırlaşırıq. Oxuduğum illərdə universitetin rolu və dəstəyi mənim üçün çox oldu. Suallar çox çətin deyildi. Nəticəmdən razıyam, ümid edirəm ki, istəyimə nail olacağam.”

Sevda Zeynalova isə texnologiya müəllimi işləmək istəyir. O, imtahanda 84 bal toplayıb. Gədəbəydə yaşasalar da, yoldaşı hərbçi olduğu üçün Naxçıvana köçüblər və artıq burada işləmək istəyir. Deyir ki, hər səviyyə üzrə suallar var idi:

"Uşaqlıqdan müəllimliyə qarşı sevgim var idi. Övladlarım olandan sonra da onlarla bir müəllim kimi məşğul oldum. Bu məni MİQ imtahanını verib müəllim işləməyə daha da ruhlandırdı. Ona görə də hazırlaşmağa başladım və yaxşı nəticə əldə etdim".

İmtahandan sevincli çıxanlardan biri də təsviri incəsənət müəllimliyi üzrə imtahan verən Tənzilə İbadovadır. O, Naxçıvan Müəllimlər İnstitutunda həm bakalavr, həm də magistr təhsili alıb. Deyir ki, imtahana bir ay ərzində hazırlaşıb:

"Magistraturada oxuyarkən dissertasiya işimi yazdığıma görə hazırlaşmağa vaxtım olmadı. MİQ imtahanının keçiriləcəyini biləndə özümü sınamağa qərar verdim. Əslində belə yüksək nəticə gözləmirdim, amma suallar mənə görə asan idi. Özüm Şahbuz şəhərində yaşayıram, ona görə də oradakı vakant yerlərdən birində dərs demək istəyirəm".

Müəllimliyə marağına gəlincə, belə deyir:

"Müəllim işləmək uşaqlıq arzum olub. Orta məktəbdə o qədər gözəl, səmimi və bilikli müəllimlərim var idi ki, onlara baxıb deyirdim: mən də müəllim olacağam. Onlar məni bu sahəyə yönəltdilər. Əl qabiliyyətim yaxşı olduğuna görə deyirdilər ki, sən təsviri incəsənət müəllimliyinə sənəd ver. Mən də yaxşı ki, onlara qulaq asdım. İxtisasımı sevə-sevə oxudum və ümid edirəm ki, sevə-sevə də şagirdlərə dərs deyəcəyəm".

Xatırladaq ki, test imtahanları bu gün də daxil olmaqla 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərindəki 44 imtahan mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, test imtahanı üzrə ümumi təhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 bal və daha artıq nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Foto: Şahin MƏMMƏDOV

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.