
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.
İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.
Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər