
Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2026-cı ildə həyata keçiriləcək bu tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında” əksini tapıb.
Tədbirin həyata keçirilməsində əsas icraçı qurum Elm və Təhsil Nazirliyi, digər icraçı qurum Səhiyyə Nazirliyidir. Ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsi hazırlanacaq, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılacaq və yekunda təsdiq ediləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər