Bütün xəbərlər
2 may, 17:20

Muxtar respublikada informatika fənni üzrə qazanılan ilk medal, əzm, çalışqanlıq və uğurlu gənc…

Söhbət bu medalın sahibi Respublika fənn olimpiadasının Bakı şəhərində keçirilən final mərhələsində III yerin qalibi olan Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlıdan gedir. 

“Azərbaycan müəllimi” olaraq Orucla həmsöhbət oluruq. Özünü bizə tanıdan Oruc deyir ki, uşaq vaxtından texniki elmlərə və kompüter sahəsinə marağı çox olub: “Olimpiadalarda iştirak etmişəm və ilk dəfə 6-cı sinifdə informatika üzrə bürünc medal qazanmışdım. Ondan başqa riyaziyyat, biologiya fənni kimi olimpiadalarda iştirak etdim və uğurlar qazandım. Bununla yanaşı, STEAM sahəsi ilə də məşğul oluram, bu sahə üzrə Respublikada keçirilən yarışlarda da uğurlar qazanmışam. 9-cu sinifdə keçirilən buraxılış imtahanında 270 bal toplayaraq fərqlənmə attestatına layiq görülmüşəm. Həmin il Respublika fənn olimpiadasının final mərhələsinə qədər yüksəldim, amma yer tuta bilmədim, bu il isə 3-cü oldum”. 

Muxtar respublika üzrə qazanılan ilk medalın sahibi olduğuna görə onun yaşadığı hisslər də bizə maraqlıdır. Deyir ki, çox həyəcanlı olduğu üçün ilk gün yarışma yaxşı keçməyib, amma ikinci gün özümü toparlayıb və uğur qazanıb. Necə hazırlaşmağa gəlincə isə qarşısında müəyyən hədəflər qoyduğunu bildirir: “9-cu sinifdə iştirak edəndə yaxşı hazırlaşmamışdım, amma özümə hədəf qoydum ki, gələn il mütləq medal qazanmalıyam, ona görə çalışdım, bəhrəsini gördüm”. 

“Sosial mediadan necə istifadə edirsən, vaxtını orda keçirən şagirdlərə nə deyərdin” sualına isə "Sosial media çox maraqlı ola bilər, amma uğur qazanmaq üçün orda az vaxt keçirmək daha faydalı ola bilər", - cavabını verir.

Böyük nailiyyətləri olan Orucun gələcəkdəki hədəfləri də maraqlıdır. Bildirir ki, süni intellekt sahəsində biliklər əldə etmək və bu sahədə çalışmaq istəyir. O səs ilə işləyən süni intellektli robot hazırlayıb ki, bu robot səsli formada verilən komandaları icra edir və soruşulan sualları cavablandırır: "Zaman göstərir ki, bu sahələrə ehtiyac və tələb var. Eyni zamanda, informasiya texnologiyaları sahəsində özümü inkişaf etdirmək, ölkəmizdə seçilən biri olmaq istəyirəm".

Bir şagirdin uğurunun arxasında məktəbi, müəllimi və əlbəttə valideynlərini dayanır. Bu mənada o özünü xoşbəxt sayır. Çünki söylədiklərinə görə valideynləri, məktəb kollektivi, müəllimləri ona çox dəstək olublar. Deyir burda əsas məqam mənəvi dəstəkdir ki, onu da həmişə hiss edir. Seçdiyi yolda ailəsi daim arxasında dayanıb, ona güc verir. 

Sevindirici haldır ki, belə uğurlu şagirdlər digər həmyaşlarına da elmə yönəlmələri üçün stimul verir. Deyi ki, önəmli olan əzmlə və məqsədyönlü şəkildə çalışmaqdır.

Məlumat üçün bildirək ki, istedadlı şagird Oruc Cabbarlı Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunub. Ona uğurlar arzulayıb söhbətimizi bitiririk. İnanırıq ki, bu uğurlu gəncimizin bundan sonra da nailiyyətlərinin şahidi olacaq və yenidən görüşəcəyik...

Şərhlər

Xəbər lenti

8 iyun, 17:17

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

8 iyun, 11:40

Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr

7 iyun, 11:06

ATİAHİ 1000 nəfər təhsil işçisini sevindirdi

7 iyun, 11:06

Güclü cəmiyyətin təməli - Əsl ailə necə olmalıdır?

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.