Bütün xəbərlər
7 iyul, 10:55

Naxçıvan Muxtar Respubikası (MR) Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi tədbirlər çərçivəsində 236 yerlik STEAM Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan MR-in Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzdə STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafik dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, proqramlaşdırma dərnəklərinə 200-ə yaxın uşaq cəlb olunub. 

Bundan başqa, ETN ilə əməkdaşlıq çərçivəsində MR-də ilk dəfə olaraq  Şərur şəhəri Fizika-riyaziyyat təmayüllü liseyə  və Naxçıvan Qızlar Liseyinə 2024-2025-ci tədris ili üçün mərkəzləşmiş qaydada qəbul imtahanları keçirilib.

Naxçıvanda ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə aparılıb.

Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılıb və “Müasir metodist” layihəsinə start verilib. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən təhsil xidmətlərinin göstərilməsinə başlanılıb. Bu günə kimi vətəndaşlara 1600-dən artıq xidmət göstərilib. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icrası da yekunlaşmaq üzrədir. Bu layihə təhsil müəssisələrində internetə əlçatanlığı daha da artıracaq və tədris prosesində müasir texnologiyaların tətbiqini təmin edəcək. Məktəblilərin elektron resurslardan daha səmərəli şəkildə istifadə etmələri onlarda tədqiqat bacarıqlarının inkişafına da töhfə verəcək.

Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyanın təmin edilməsi 2024-2025-ci tədris ilində də davam etdirilib.

Ümumilikdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan 37 adda elektron məlumat bazası və digər xidmətlərin 30-na qoşulma prosesi tamamlanıb. Növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesi yekunlaşacaq.   

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.