Bütün xəbərlər
29 may, 16:27

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 269 təhsil müəssisəsi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müstəqillik illərində yenidən tikilib və ya əsaslı təmir olunub.

“Azərbaycan müəllimi” xəbəri verir ki, bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

O bildirib ki, bu gün Naxçıvanda əsaslı təmirə ehtiyacı olan məktəb binası yoxdur.

“Demək olar ki, bu gün ciddi əsaslı təmirə ehtiyacı olan məktəbimiz yoxdur. Hər hansı cari təmirə ehtiyacı olan məktəblərimiz diqqətdə saxlanılır və təmir ehtiyaclarına görə işlər aparılır.

Bundan əlavə, 2023-2024-cü illərdə Ordubad rayonunun Azadkənd, Xanağa, Pəzməri, Şərur rayonunun Həmzəli, Alışar, Vərməziyar, 2024-2025-ci tədris ilində isə Şərur rayonunun Təzəkənd tam orta məktəbləri əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib. 2024-cü ildə Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün yeni binalar inşa olunub”.

Nazirin sözlərinə görə, hazırda Babək rayonunun Hacıvar kəndində 456 yerlik yeni məktəb binasında inşaat işləri davam etdirilir və yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

“Həmçinin Babək rayonunun Nehrəm Qəsəbə 3 nömrəli tam orta məktəb binasında da yaxın günlərdə tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulur. Kəngərli rayonunun Qıvraq Qəsəbəsində 500 yerlik yeni məktəb binasının və Babək rayonunun Nehrəm Qəsəbəsində 100 yerlik uşaq bağçasının tikintisinin layihələndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən satınalma müsabiqəsi keçirilib. Cari il ərzində hər iki binanın layihələndirmə işlərinin tamamlanması nəzərdə tutulur”, – deyə nazir vurğulayıb.

Şərhlər

Xəbər lenti

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

1 iyul, 12:56

ABŞ-də Akademiya və İnnovasiya Forumu keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.