
2025–2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayıb. Ölkənin 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Qəbul 32 min 620 plan yeri üzrə aparılır. Bu isə son illərin ən yüksək göstəricisidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
“10 yeni ixtisasa və beynəlxalq sertifikat əldə etmək imkanı verən 6 ixtisasa tələbə qəbulu aparılır.
Məqsədimiz peşə təhsilini əmək bazarının real tələblərinə uyğunlaşdırmaq və gənclərimizə rəqabətqabiliyyətli peşə bacarıqları qazandırmaqdır”, – deyə nazir qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər