Bütün xəbərlər
30 iyun, 14:40

26 iyun tarixində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə keçirilən “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in final mərhələsinə yekun vurulub.

Bu barədə ATİAHİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirlib ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) dəstəyi ilə, “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı əsasında həyata keçirilib.

Ölkənin müxtəlif regionlarını təmsil edən 32 komanda arasında baş tutan final mərhələsində intellektual bilik və komanda ruhu üzrə rəqabət yüksək səviyyədə olub. Final mərhələsinin iştirakçıları Bakı şəhəri də daxil olmaqla ümumilikdə 9 regiondan və 28 ali təhsil müəssisəsindən seçilərək irəliləmiş 278 komanda arasından ən güclülər sırasında yer alıblar. Yarış cari mövsümdə 1800-dən çox tələbəni əhatə edib.

Final nəticələrinə əsasən:
1-ci yer – “Vendetta” komandası (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
2-ci yer – “Old School” komandası (Azərbaycan Tibb Universiteti)
3-cü yer – “HipHoprat” komandası (Azərbaycan Tibb Universiteti)

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev iştirak edib. O, çıxışında ölkədə intellektual fəaliyyətlərin gənclər arasında təşviq olunmasının əhəmiyyətindən bəhs edərək, təhsil işçilərinin həmkarlar ittifaqının bu istiqamətdə həyata keçirdiyi layihələrdə iştirakı və dəstəyi ilə bağlı fikirlərini bölüşüb.

Qalib komandalar diplom və xatirə hədiyyələri ilə təltif olunub.

ATİAHİ olaraq, elmə, intellektə və gəncliyə verilən dəyəri dəstəkləməyə davam edirik.

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.