Bütün xəbərlər
11 iyun, 16:06

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ADA Universiteti və “Ədibin evi” ilə birgə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr edilmiş “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və mədəniyyət xadimləri, media nümayəndələri və tədqiqatçılar iştirak ediblər.

Mətbuat və təhsil tariximizin bir parçasının işıqlandırılmasına xidmət edən jurnallar ictimaiyyətə təqdim edilib

Ədəbiyyat muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək, “Bu günümüzə qayıdan söz abidələri”ndən danışıb. ADA Universitetinin təşəbbüsü ilə Azərbaycan xalqının tarixi mirasını qorumaq və gələcək nəsillərə ötürmək üçün başlatdığı transliterasiya layihələri barədə məlumat verib. 

Elmi sessiya çərçivəsində ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnalların ərsəyə gəlməsi prosesindən danışaraq, bildirib ki, ictimaiyyətə təqdim edilən bu nəşrlərin yalnız Azərbaycan düşüncəsinin, Azərbaycan maarifinin keçmişini göstərmir, həm də Azərbaycan xalqının var olduğu müddətdə ən ali dəyər olan istiqlal uğrunda mübarizəsinin tarixini nümayiş etdirir. ADA Universitetinin müasir əlifbamızda, izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdiyi jurnallar, həm mətbuat və təhsil tariximizin bir parçasının işıqlandırılmasına, həm də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət edib.

“Gənc nəslimizi XX əsrin əvvəlindəki irsimizlə birləşdirmək üçün əski Azərbaycan əlifbası kurslarına başladı”

“Ədibin evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva gördükləri işlərdən danışıb: “Bir insan hansı genetik kodun daşıyıcısı olduğunu bilmədən özünü xoşbəxt hiss edə bilməz. Xoşbəxtlik hissini Azərbaycan cəmiyyətinə daşımaq üçün “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu gənc nəslimizi XX əsrin əvvəlindəki irsimizlə birləşdirmək üçün əski Azərbaycan əlifbası kurslarına başladı. Birinci semestri bitirəndə həmin tələbələrə sertifikatlar təqdim etdik. Növbəti semestrin sonunda, yəni bu gün bitirdikləri nəşri götürüb aparırlar və bu, daha böyük mükafatdır”.

Məktəblilərin hazırladığı jurnal müəllimlərinin sərt tənqidi ilə üzləşdi

Filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva müasir oxucu üçün əlçatmaz qalan zəngin irs ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirərək müasir oxucu üçün əlçatan edən ADA Universitetinə “Babayi-Əmir” satirik jurnalının transliterasiyasına görə təşəkkür edib.


Tərcüməçi, filoloq, transliterasiya edib nəşrə hazırlayan Azad Ağaoğlu cəmi 4 sayı işıq üzü görən “Əfkari-mütəəllimin” məktəbli jurnalının həzin hekayəsi olduğunu bildirib: “Jurnaldakı yazılardan oxuyuruq ki, yazarlar bu jurnalın ömrünün uzun olmayacağını bilir. "Azərbaycanda hansı qəzet və ya jurnalın ömrü uzun olub ki?!” – deyə vurğulanırdı".

Jurnal nəşr olunduğu vaxt ciddi tənqidlərə məruz qalıb. Doğrudan da jurnalda məktəblilərin gülməli yazıları var ki, bu günün ədəbi kriteriyaları ilə uyğun deyil. Qəzetin yazarları bu tənqidlərə cavab olaraq yazıblar: “Biz bu jurnalı nəşr etməyə başlayanda böyüklərimizin, müəllimlərimizin köməyinə arxayın idik. Amma onlar da kömək etmək əvəzinə bizi tənqid edirlər”. Buna baxmayaraq, jurnalda Mikayıl Rəfizadə, özbəkistanlı türkoloq Xalid Səid Qocayev, Mirzə Abbas Abbaszadə, Mirismayıl Seyidzadə kimi ciddi imzalar var”.

Hafiz Paşayev: “Hər əlyazmanın müasir nəsil üçün əlçatan olmasına, gələcəyə çatdırılmasına dəstək verəcəyik”

ADA Universitetinin rektoru Hafiz Paşayev tədbiri böyük bir hadisə kimi qiymətləndirib və bu işlərin rəhbəri olduğu universitetin dəstəyi ilə ərsəyə gəlməsindən məmnunluğunu ifadə edib. 

Bu işdə daha böyük rolu olanlara, xüsusən, tarixin arxivində gizlənmiş əlyazmaları, sənədləri, nəşrləri üzə çıxarmaqda daha böyük töhfəsi olduğunu vurğulayaraq Rafael Hüseynovun fəaliyyətini yüksək qiymətləndirib. Tarixin müasir nəslə çatdırılması prosesinə bundan sonra da dəstək verəcəyini bildirib.

1 /10

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.