Bütün xəbərlər
9 iyul, 17:18

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi artıq dörd gündür ki, davam edir. Ölkənin müxtəlif bölgələrindən və ixtisaslardan olan MİQ iştirakçıları bu imtahanlarda bilik və bacarıqlarını nümayiş etdirərək peşəkar karyeralarında yeni bir mərhələyə qədəm qoymaq uğrunda yarışırlar.

İmtahan prosesində iştirak edən və yüksək nəticə əldə edən namizədlərin "Azərbaycan müəllimi" ilə bölüşdüyü təəssürat və fikirləri bir daha göstərir ki, zəhmət, iradə və davamlı özünüinkişaf uğurun əsas açarıdır.

Biologiya fənni üzrə imtahanda 84.5 bal toplayan İlahə Əhmədova 4 il müəllim kimi fəaliyyət göstərib. O, budəfəki nəticəsini sadəcə bilik yoxlaması deyil, peşəsinə olan sevgisinin və qazandığı təcrübəsinin təzahürü kimi qiymətləndirir:


“İmtahandan əvvəl həyəcanın olması təbiidir. Sualların müxtəlif səviyyəli olması prosesi balanslı edirdi. Metodika üzrə bəzi suallar çətin görünsə də, ixtisas sualları olduqca yaxşı tərtib olunmuşdu. Bu nəticə mənim üçün sadəcə bal deyil, illərin zəhmətinin ölçüsüdür”.

Eyni fənn üzrə 84.5 bal toplamış Sara Hacıyeva isə 6 ildir ki, pedaqoji fəaliyyət göstərir. Hazırda paytaxt məktəblərindən birinə keçid etməyi planlaşdıran Sara müəllim hesab edir ki, peşəsinə bələd olan müəllim üçün imtahan əlavə stres səbəbi deyil, özünü doğrultmaq imkanıdır:

“Düzünü desəm, daha çətin suallar gözləyirdim. Həyəcan olsa da, bu prosesi rahat idarə etdim. Peşəsini sevən və bilən müəllim üçün bu imtahan keçilməz sədd deyil. Əsas məsələ metodikaya yönəlmək və özünü düzgün hazırlamaqdır”.

Fiziki tərbiyə müəllimi Əhməd Məhərrəmov 217 nömrəli tam orta məktəbdə 4 ildir ki, çalışır. O, 78.75 bal toplayaraq uğurlu nəticə göstərib. Əhməd müəllim bu imtahanı öz biliklərini yenidən yoxlamaq üçün fürsət kimi qiymətləndirir:

“İmtahan zamanı təbii olaraq bir qədər stres olur. Amma ümumilikdə suallar məntiqli və konkret idi. İxtisasımı yaxşı bildiyim üçün ayrıca hazırlığa ciddi ehtiyac duymadım. Mənim üçün əsas məsələ bu bilikləri şagirdlərimə daha dolğun ötürməkdir”.

SABAH qrupunun məzunu olan Simuzər Namazlı isə Bakı Dövlət Universitetinin “Biologiya” ixtisasını bitirib. Məzun olduqdan sonra  pedaqoji sahədən uzaq düşməyib. Özünü daim inkişaf etdirən və yeniliklərə açıq qalan Simuzər müəllimə builki imtahanda 87.5 bal toplamaqla fərqlənib:

“Suallar çox yaxşı hazırlanmışdı. Hər biri real bilik ölçməyə yönəlmişdi. Öz üzərində işləyən, daim yenilənən müəllim üçün bu suallar problem yaratmır. Yeganə çətinlik həyəcanı idarə etməkdir. Bəzən cavablar arasında incə fərqlər olur və bu zaman diqqət həlledici rol oynayır”.

284 nömrəli məktəbin biologiya müəllimi Səbunə Əmrahova da builki imtahanda iştirak edən təcrübəli pedaqoqlardandır. 6 illik fəaliyyəti dövründə ilk dəfə işə qəbul imtahanında mümkün 60 baldan 57-sini toplayıb. Bu il isə 83 bal toplayaraq uğurlu nəticə göstərən Səbunə müəllim bildirir ki, suallar əvvəlki illərlə müqayisədə daha mürəkkəb tərtib olunmuşdu:

“Yalnız öz üzərində ciddi şəkildə çalışan müəllim bu imtahanda uğur qazana bilər. Mənim də bir neçə səhvim diqqətsizliklə bağlı oldu. Suallar bilik yoxlayan, xüsusilə metodik suallar isə situasiya əsaslı idi və məntiqi düşünməyi tələb edirdi. Bu səbəbdən də imtahanda uğur üçün təkcə bilik deyil, yüksək diqqət və soyuqqanlılıq da lazımdır”.

Bu müsahibələr bir daha təsdiqləyir ki, müəllimlik təcrübəsi yalnız sinif otağında deyil, həm də müəllimin öz üzərində apardığı sistemli iş əsasında formalaşır. MİQ imtahanı isə bu zəhmətin obyektiv göstəricisinə çevrilir. Özünü davamlı inkişaf etdirən, dəyişən təhsil mühitinə uyğunlaşmağı bacaran müəllimlər bu müsabiqədə yalnız bal qazanmırlar, həm də gələcəyin təməlini formalaşdıran əsas fiqurlar kimi dəyər qazanırlar.

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.