Bütün xəbərlər
2 iyun, 13:25

Azərbaycan Dillər Universiteti (ADU) Özbəkistanın Cahan Dillər Universitetində xaricdə fəaliyyət göstərən və sayca səkkizinci olan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışını edib.

ADU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış mərasimində Cahan Dillər Universitetinin tədris məsələləri üzrə prorektoru Muxammedcan Şutpoladov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcəkdir.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ADU-nun rektoru akademik Kamal Abdullanın salamlarını çatdırıb, mərkəzin fəaliyyəti haqqında danışıb.

Bildirilib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və növbəti dəfə Özbəkistanda Cahan Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı bu mənada xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycan və Özbəkistan arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ADU-nun bir sıra xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin ölkələr arasında elmi, mədəni əlaqələrin qurulması baxımından önəmi diqqətə çatdırılıb.

Bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, Azərbaycan mədəniyyəti tanıdılır, müasir Azərbaycan həqiqətlərindən bəhs olunur. 

Mərkəzlərdə Azərbaycanın uğurları geniş şəkildə təsvir olunur, Azərbaycan multikulturalizmi təbliğ olunur. Bütün bunlarla yanaşı, Azərbaycanı sevən, Azərbaycan dilini öyrənmək istəyən xarici ölkələrdə yaşayan gənclərin birgə fəaliyyəti nəticəsində “Azərbaycanın gənc dostları” layihəsi formalaşdırılır.

Bu layihənin fəaliyyəti nəticəsində illər sonra elm, təhsil, mədəniyyət adına bir sıra ciddi nailiyyətlərin əldə olunacağına inanılır.

Qeyd edək ki, növbəti tədris ilindən Cahan Dillər Universitetində Azərbaycan dili fənni tədris olunacaq. 

1 /5

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.