Bütün xəbərlər
12 avqust, 09:27

Musiqiçi ailəsində doğulmaq musiqi ilə yaşamaq deməkdir. Belə ailələrdə musiqi həyatın ayrılmaz hissəsi olur və uşaqlar bu mühitdə böyüyərək daha çox musiqiyə maraq göstərir, bəzən isə musiqiçi kimi yetişirlər. Musiqiçi ailələrində yetişən övladların musiqiyə olan maraqları və istedadları daha erkən yaşlarda ortaya çıxır. Onlar musiqi alətlərini çalmağı, notları öyrənməyi və musiqi nəzəriyyəsini tez bir zamanda mənimsəyi bilirlər.  Belə ailələrdə, adətən, musiqi tərbiyəsi və təhsili ön plana çıxır, musiqi sevgisi nəsildən-nəslə ötürülür.  

“Azərbaycan müəllimi”nin növbəti qəhrəmanı Mehdi Niftəliyev də gözünü açan gündən musiqi səsi eşidən şəxslərdəndir.

“İnanırdım ki, qalib olacağam”

Mehdi Niftəliyev 2012-ci ildə Bakı şəhərində anadan olub. O, Əməkdar artisti, xanəndə Babək Niftəliyevin övladıdır. Atası kiçik yaşlarından onu musiqiyə yönləndirmək üçün həvəsləndirib. Mehdi Azərbaycan xalq mahnıları ilə yanaşı, klassik musiqilərə də böyük maraq göstərir. 
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 8-ci sinfinə keçən şagird “Akademik vokal” sənəti üzrə rus bölməsində təhsil alır. Vokal üzrə müəllimi Luiza Dadaşovadan, fortepiano üzrə isə müəllimi İradə Abbasovadan dərslər alır. Mehdi bildirir: “Mən həmçinin Bülbül Vokal Məktəbinin tələbəsi olmuşam. Müəllimim respublikamızın Əməkdar artisti, opera müğənnisi Ramil Qasımovdur. Kiçik yaşlarımdan musiqiyə marağım var. Atamın ifalarına qulaq asaraq mən də oxumağa başladım. Atam müəyyən etdi ki, səsim vokal səsidir, məni musiqi məktəbinə hazırladı və imtahan verib qəbul oldum”.

Mehdi Niftəliyev bir çox tədbirlərdə çıxış edir, müxtəlif müsabiqələrdə iştirak edir və həmişə müəllimlərinin, valideynlərinin və doğmalarının etimadını doğruldur. İştirak etdiyi yerli və beynəlxalq müsabiqələr haqqında məlumat verən yeniyetmə bildirir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 4-cü sinifində oxuyarkən ABŞ-nin Los-Anceles şəhərində keçirilən “XIV International Instrumental Compatetition Four Young Performers "COLIBRI-2021" beynəlxalq müsabiqəsində iştirak edərək, populyar mahnılar kateqoriyasında vokal performansı üzrə II yerə, musiqili teatr kateqoriyasında əla vokal ifası üzrə isə I yerə layiq görülüb.  Daha sonra Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində keçirilən Uşaq İncəsənət Festivalında “Akademik vokal” nominasiyası üzrə “peşəkar” kateqoriyasında I yerə layiq görülüb. Digər uğurları barədə də danışan Mehdi qeyd edir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 95 illik yubileyinə həsr olunmuş “Gələcəyin ulduzları” XVI Beynəlxalq Klassik Musiqi Festivalında I yerə, “Astana Stars” I Birinci Beynəlxalq Festivalında I yerə, “British Lion” II Beynəlxalq Festivalında “Qran Pri” mükafatına, Rus Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Родники души" XVI Respublika müsabiqəsində I yerə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən "WORLD HARMONY" VII Beynəlxalq müsabiqəsində I yerə, eləcə də mükafata layiq görülüb və s. 

“Uğur qazanmağın sirri qarşına məqsəd qoyub, o məqsəd uğrunda inanaraq irəliləməkdir”

İstedadlı yeniyetmə qeyd edir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində həm ümumtəhsil, həm də musiqi dərsləri keçilir: “Biz musiqi ədəbiyyatı, musiqi nəzəriyyəsi və solfecio, fortepiano, vokal və s. kimi çox maraqlı dərslər keçirik. Xarici dillərə həvəsim böyükdür. İngilis dilində sərbəst danışıram. İtalyan dilini də öyrənirəm”.  

Uşaq İncəsənət Festivalı haqqında təəssüratlarını bölüşən Mehdinin sözlərinə görə, bu müsabiqəyə valideynlərinin məsləhəti ilə qatılıb: “Festival çox maraqlı keçdi. Festivalda bir çox nominasiya üzrə çıxış edənlər var idi: akademik vokal, estrada vokal, xanəndə, estrada ifa janrı, tar, rəqs, rəsm və s. Qalib olanda, əlbəttə ki, çox sevindim.  Əslində özümə tam güvənirdim, inanırdım ki, qalib olacağam. Gələcək arzu və hədəflərim böyükdür, amma bu barədə öncədən danışmaq istəmirəm, zaman hər şeyi göstərəcək. Bütün yeni iştirakçılara, eləcə də UİF-2025-ə qatılan ortancıl qardaşım Cavidana uğurlar arzu edirəm. İştirakçılara tövsiyəm bu ola bilər ki, öz üzərlərində çoxlu çalışsınlar, özlərinə inansınlar, qətiyyən həyəcanlanmasınlar. Uğur qazanmağın sirri qarşına məqsəd qoyub, o məqsəd uğrunda inanaraq irəliləməkdir”. 

1 /1

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.