Bütün xəbərlər
9 iyul, 11:22

Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktik metodiki jurnalının 2-ci nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində də bir-birindən maraq doğuran elmi məqalələr yer alıb. Pedaqogika bölməsində - Azərbaycan Kooperasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Bəyalı Ataşovun “Azərbaycan universitetlərində elmi fəaliyyətin inkişafına dair dövlət siyasətinin yeni prioriteti” sərlövhəli elmi məqaləsində müəllif Azərbaycanın elm sahəsində dövlət siyasətinin yeni prioriteti çərçivəsində müasir çağırışlar və öndə olan məqsədlərin öyrənilməsi, həmçinin dünya təcrübəsi kontekstində ölkə universitetlərində elmi fəaliyyətlə bağlı problemlərin aşkar həll edilməsi istiqamətində təkliflərin irəli sürülməsini əsas məqsəd kimi göstərib. 

İqtisadiyyat bölməsində - Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi Nihat Mehbalıyevin “İnnovativ sosial-iqtisadi inkişafın Naxçıvan Muxtar Respublikasında tətbiq istiqamətləri” adlı məqaləsi yer alıb. Müəllif məqalədə öncə NMR-nin sosial-iqtisadi inkişafından söz açıb, sonra isə muxtar respublikada iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlərdə innovasiyaların tətbiqinin təsir mexanizmini ortaya qoyaraq təhlil edib. 

Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının müəllimi, doktorant Könül Quliyevanın “Elm tutumlu istehsalın yaşıl iqtisadiyyatda rolu” başlıqlı məqaləsi də bu bölmədə verilib.  Müəllif qeyd edib ki, yaşıl iqtisadiyyat ölkənin iqtisadi inkişafı ilə yanaşı, istehsalatda tətbiq edilən elmi-texniki tərəqqinin köməyi ilə ekoloji və sosial problemlərə həllyönümlü yanaşmasıdır. Yaxın gələcəkdə tükənməsi proqnozlaşdırılan enerji mənbələrinin bərpa olunan enerji ilə əvəzlənməsi, qida və içməli su çatışmazlığı, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi məsələlər təklikdə bir ölkənin deyil, ümumdünya problemidir. Burada bütün ölkələr yaşıl iqtisadiyyata inteqrasiyada maraqlıdır və s. kimi həlli vacib bir sıra fartorlardan bəhs edilib.

Metodika bolməsində Təhsil İnstitutunun Təhsildə məzmun kurikulum və standartlar mərkəzinin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin baş mütəxəssisi, BƏT-in Azərbaycandakı daimi eksperti, kurikulum üzrə ekspert Leyla Bahabova “Montessori təhsilinin prinsip və yanaşmasının peşə təmayül təhsilində faydaları” başlığı altında yazdığı məqaləsində “Montessori təhsil” anlayışını əhatəli təhlilini verib. Montessori sisteminin əsas prinsipləri, müsbət və mənfi tərəfləri, bu sistemin digərlərindən fərqli cəhəti nədir, eləcə də sistemin peşə təmayül təhsilində tətbiqi və bu sistem kimlər üçün uyğundur və s. kimi maraqlı məqamlara toxunub.

Bakı Dövlət Universitetinin müəllimi Nərminə Mirzəliyeva “Yeniyetmələrdə ailə dəyərlərinin formallaşdırılması: müasir yanaşmalar və metodlar” adlı məqaləsində yeniyetmələrə ailə dəyərlərinin aşılanmasında müasir yanaşmaların və metodların əhəmiyyətini araşdırıb, ailə yeniyetmələrin sosial və psixoloji inkişafında mühüm təsirə malik əsas amillərdən biri olmaqla yanaşı, həm də digər sosial mühitlər, o cümlədən məktəblər və cəmiyyətin digər standartlarının da bu prosesə daxil olmasını qeyd edib.

Texnika bölməsində Azərbaycan Texniki Universitetinin doktorantı Nuru Daşdəmirlinin “Enerji istehlakına ağıllı nəzarət sistemi: əşyaların interneti və mikrokontroller əsaslı həll” sərlövhəli məqaləsi də yer alıb. Müəllif məqaləsində enerji istehlakının real zamanlı monitorinqini təmin etmək üçün mikrokontroller əsaslı ağıllı cihazın və “Əşyaların interneti” şəbəkəsi ilə işləyən sistemin hazırlanması haqqında məlumat verib. 

Adlarını qeyd etmədiyim digər məqalələrlə tanış olmağı isə oxucularımızın ixtiyarına buraxıram.

Vüqar SƏLİMOVA, 
“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru 

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.