
Əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə peşə təhsili sistemində yeni təhsil proqramları həyata keçirilir. Bu proqramlar beynəlxalq standartlara əsaslanan müasir tədris yanaşmaları, real iş mühiti təcrübəsi və güclü karyera dəstəyi ilə fərqlənir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hazırda qrafik dizayner, veb-dizayner və proqram təminatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, aşpaz, beynəlxalq mühasibat uçotu ixtisasları üzrə tələbə qəbulu davam edir. Təqdim olunan proqramlar çərçivəsində tələbələr dövlət nümunəli diplomla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olmaq imkanı əldə edəcəklər.
Xüsusilə beynəlxalq mühasibat uçotu ixtisasını seçən tələbələr ACCA (Association of Chartered Certified Accountants) təşkilatının F1, F2 və F3 sertifikatlarını qazanaraq maliyyə və mühasibatlıq sahəsində qlobal karyera imkanlarına yiyələnə biləcəklər. “Aşpazlıq” ixtisası üzrə təhsil alanlar isə City & Guilds (Səviyyə 1, səviyyə 2) beynəlxalq sertifikatı əldə edərək dünya səviyyəsində tanınan peşəkar aşpaz kimi fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, informasiya texnologiyaları və dizayn sahələrində də beynəlxalq sertifikatlar məzunların əmək bazarında rəqabət üstünlüyünü təmin edəcək.
Bu proqramlar müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların formalaşdırılması, əmək bazarında yüksək maaşlı işlərə çıxış perspektivləri ilə seçilir. Həmçinin proqramlara qoşulan tələbələr Təhsil Tələbə Krediti imkanından da yararlana biləcəklər.
Qeydiyyat prosesi davam edir və gələcəyini müasir peşələrdə qurmaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Son müraciət tarixi 11 avqust 18:00-dır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər