Bütün xəbərlər
7 iyul, 11:25

24 yaşlı Sənan İrzayevin 2 diplomu var – biri ali, o biri peşə təhsili diplomu. 

Bakı Biznes Universitetinin verdiyi ali təhsil diplomu artıq əlindədir, amma o səbirsizliklə imtahanlarından uğurla keçdiyi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin verəcəyi təhsil sənədini gözləyir. Çünki hələ bu müəssisədə təhsilini tamamlamadan özünə iş tapıb.

İş axtarırdı, yol tapdı

Sənan İrzayev 2001-ci ildəndir. Tam orta təhsilini alandan sonra o da bir çox gənclər kimi ali təhsilə maraq göstərib. Elə düşünüb ki, ali təhsil onun parlaq gələcəyini təmin etməsində çox ciddi əhəmiyyətə malikdir. Bunun belə olmadığını universiteti bitirənə qədər anlamayıb. Məzun olandan sonra əmək bazarına daxil olmaq üçün çox cəhdlər edib, amma çifayda. 

Girdiyi hər qapıdan əliboş çıxıb. Hər yerdən əli üzülən qəhrəmanımız çarəni başqa sahədə axtarmağa qərar verib: “Suraxanıda yaşayırıq, qatar yolundan tez-tez keçirəm. Qatarlar, dəmir yolu məndə maraq oyandırırdı. Elə bu maraqla internetdə axtarış apararkən sosial şəbəkələrdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbulla bağlı paylaşım diqqətimi çəkdi: “Əvvəlcə sosial şəbəkədən yazdım, sonra tələb olunduğu qaydada qeydiyyatdan keçib peşə təhsili almaq üçün müraciət etdim”.

İmtahan verib iş təklifi aldı

Qəbul prosesindən uğurla keçən ali məktəb məzunu bu dəfə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Vaqon baxıcısı və təmirçisi" ixtisası üzrə tələbəsi olub.  Nəzəri hissəni uğurla başa vurduqdan sonra isə Şimal vaqon deposuna təcrübəyə gedib: “Martda məni oraya təcrübəyə göndərdilər. 

Təcrübədən sonra imtahan verdik, imtahanda Deponun istismar rəisi Yusifəli Fərzəliyev də iştirak edirdi. Cavablarım onu qane etdi, diplomumu alıb müəssisəyə müraciət etməyimi istədi, məni işə götürəcəklərini dedi”.

İndi hər kəsə şansını peşədə axtarmağı tövsiyə edir

Təcrübə dövründə özünü peşəkar və məsuliyyətli gənc kimi göstərən Sənan İrzayev işəgötürən müəssisənin diqqətini cəlb edib. İndi diplomunu gözləyir ki, ona təklif olunan işin qapısını döysün: 

“Harada olmağından asılı olmayaraq, insan maraqlanmalı, öyrənməlidir. Mən də maraqlandım və marağımın arxasınca peşə təhsili müəssisəsinə gəldim. İndi həvəslə daim maraqla kənardan izlədiyim qatarların əlimdən keçəcəyi günü gözləyirəm. Məncə, insan üçün fərqi yoxdur universitet bitirib, yoxsa orta ixtisas və ya peşə təhsili müəssisəsinin məzunu olub. Bu gün hər insandan qabiliyyət, bacarıq və səriştə tələb edilir. Ona görə insanlar bacarıq əldə etməyə çalışmalıdırlar. Bunun ən doğru yollarından biri peşə təhsili almaqdır”.

Şərhlər

Xəbər lenti

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.