
15 aprel – 15 may 2025 tarixləri arasında peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin peşə bacarıqlarının inkişafı və onların dərs prosesində daha fəal iştirakı məqsədilə interaktiv dərslər keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu müddət ərzində 249 məktəbi və 6225 şagirdi əhatə edən interaktiv dərslər zamanı şagirdlərdə peşəyönümlü düşüncə tərzinin formalaşması, real həyat bacarıqlarının artırılması və əmək bazarına uyğun hazırlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayıb.
İnteraktiv dərslərdə sual-cavab sessiyaları, rollu oyunlar və simulyasiya tapşırıqları, kiçik qrup müzakirələri və praktik təqdimatlara geniş yer verilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər