Bütün xəbərlər
26 may, 11:35

Mayın 26-da Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən “Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir. Festival “Konstitusiya və Suverenlik İli”nə ithaf edilib.

ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək “Pillə” Tələbə Tamaşaları Festivalının tarixi haqqında qısa məlumat verib: “Çox sevindirici haldır ki, bu festival universitetimizin həyatında mühüm rol alıb. Tələbələrimiz tamaşa hazırlayarkən onun “Pillə” festivalında iştirakını da nəzərə alır, o motivasiya ilə hazırlaşırlar. Əlamətdar haldır ki, bu gün festival respublika səviyyəsində keçirilir. İnanırıq ki, yaxın zamanda bu festival beynəlxalq səviyyədə keçiriləcək”.

Yaxın günlərdə Qazaxıstanda keçirilən TÜRKSOY III Beynəlxalq Tələbə Tamaşalarında iştirak edən rektor həmin səfər haqqında danışaraq, ADMİU-nun ölkəmizdən uzaqda mötəbər festivalda uğurla təmsil olunduğunu vurğulayıb.

Eyni zamanda, C.Mahmudova çıxışında bildirib ki, ilk dəfə olaraq ADMİU Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da uğurla təmsil olunub: “Bütün tələbələrimizi təbrik edirəm. Hər bir tələbənin uğurunun arxasında müəllim zəhməti durur. Mən tələbələrimizi də, onların müəllimlərini də alqışlayıram”.

“Pillə-3” Respublika Tələbə Tamaşaları Festivalında 8 universitetin də təmsil olunduğunu diqqətə çatdıran rektor C.Mahmudova onlara və bütün iştirakçılara uğurlar arzu edib.

Sonra festivalın tarixi haqqında videoçarx nümayiş edilib, ADMİU-nun Musiqili teatr kafedrasının tələbələri çıxış ediblər.

Münsiflər heyətinin sədri – Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov çıxış edərək festivalın önəmindən danışıb.

“Pillə-2” festivalında “Ən yaxşı kişi rolu” üzrə qalib olmuş Elməddin Zakirli öz təcrübəsini və təəssüratını bölüşüb.

Daha sonra Teatr sənəti fakültəsinin tələbələrinin ifasında Ü.Hacıbəylinin felyetonlarından ibarət səhnəcik nümayiş olunub, “Pillə-3” festivalının proqramı videoçarxla təqdim edilib.

Açılış mərasimindən sonra ADMİU-nun tələbələrinin ifasında “Dönüş” tamaşası oynanılıb.

Həmçinin festivalın ilk günündə Naxçıvan Dövlət Universitetinin tələbələri “Uçurum” (H.Cavid), ADMİU təmsilçiləri “Arqon” (Ş.Xeyrulla) və Azərbaycan Dillər Universiteti “Arşın mal alan” (Ü.Hacıbəyli, İngilis dilində) tamaşaları ilə çıxış ediblər.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyun, 08:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 08:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 08:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 08:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 08:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 08:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

30 iyun, 07:52

“Hazırlaşmalı, yüksək bal toplamalı idim” – Sertifikasiyadan keçən kimya müəllimləri

30 iyun, 07:37

“Son iki ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub” – Agentlik sədri

30 iyun, 07:25

Vüqar Behbudov: Məktəblərdə risk qrupuna daxil 1752 uşaq aşkarlanıb

30 iyun, 07:20

Bir qrup xeyriyyəçi BANM-in 9 tələbəsinin təhsil haqqını ödəyib

30 iyun, 07:19

Azərbaycan Elm Fondu 15-ci “Mobillik qrantı” müsabiqəsini elan edir

30 iyun, 07:12

Sertifikasiya dərdi, yoxsa gələcəyin təhsili?! – Şəmil Sadiq yazır

30 iyun, 06:58

Bu il 17 mindən çox tələbə peşə məktəblərini bitirir

30 iyun, 06:48

Gimnast, rəssam, üzgüçü – Kiçik addımların böyük izləri

30 iyun, 06:21

Sən “Maarifçi”sən?

30 iyun, 06:17

Ailəvi uğur – Sertifikatlaşdırmada ana və qızdan nümunəvi nəticə

30 iyun, 05:44

İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!

29 iyun, 16:18

Peşə mərkəzinin tələbələri böyük uğura imza atıblar

29 iyun, 15:24

FHN-nin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub

28 iyun, 06:55

Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.