Bütün xəbərlər
26 avqust, 17:08

Tələbə adını qazandığını ofisiant işlədiyi toyda öyrənən Kərəmcan Kərimli sosial şəbəkədə paylaşdığı video ilə özünə diqqət çəkməyi bacarıb. 

“Azərbaycan müəllimi” əməksevər və məqsədyönlü gənclə həmsöhbət olub, onun uğur hekayəsini dinləyib.

“Mənim üçün məktəb təkcə dərs yeri yox, həm də həyatı öyrəndiyim bir məkan olub”

Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Kərəmcan Kərimli Təbiət elmləri təmayüllü gimnaziyanı fərqlənmə nişanı və “Qızıl attestat”la bitirib. Kərəmcan deyir ki, məktəb illəri çox rəngarəng keçib: “Həm çalışqan, həm sosial, həm də bir az dəcəl olmuşam. Məktəbin tədbirlərində daim iştirak edir, özümü hərtərəfli inkişaf etdirməyə çalışırdım. Mənim üçün məktəb təkcə dərs yeri yox, həm də həyatı öyrəndiyim bir məkan olub. Hər zaman dərslərimdə məsuliyyətli olmuşam. Amma abituriyent illərində intizamımı daha da artırdım. Planlı hazırlaşır, daim təkrar edir, vaxtımı düzgün bölürdüm. Ən əsası isə heç vaxt “bacarmaram” demədim. Məktəbimin, müəllimlərimin dəstəyi ilə bu yolda uğur qazandım, 595,7 bal toplayaraq Qarabağ Universitetinin Hüquq fakültəsinə qəbul oldum”.

“Hüquqşünaslıq” ixtisasını seçməyinin səbəbini Kərəmcan uşaqlıqdan ədalətin tərəfində durmağı ilə izah edir: “İnsanların haqqını qorumaq, ədalət uğrunda mübarizə aparmaq mənim üçün həyat fəlsəfəsidir. Ona görə də öz xarakterimə və dəyərlərimə ən uyğun ixtisas hüquqşünaslıqdır”.

Tələbə adını qazanan gənc bu yolda ona dəstək olan insanların adlarını xüsusi olaraq sadalayır: “Bəxtiyar Bayramov sinif rəhbərimiz idi, amma əslində həyat müəllimimiz oldu. Bizə həm fizikanı, həm də həyatı öyrətdi. Eltəkin Qocayev bizə nizam-intizamın, disiplinin və əzmin əsl dəyərini öyrətdi. Ramal İsmayılovun sayəsində ingilis dilindən yüksək nəticə – 97,3 bal topladım. “Hədəf” kursları və “Gələcəyini qur” layihəsi 11-ci sinifdə mənə ödənişsiz təhsil imkanı verdilər və bu, mənim üçün böyük motivasiya oldu. Ailəm hər zaman yanımda oldu, məni dəstəklədi, ruhlandırdı. Onlarsız bu uğur mümkün olmazdı. Bugünkü uğurumda əməyi keçən hər kəsə sonsuz təşəkkür edirəm”.

Məktəb illərində qazandığı uğurlar barədə bəhs edən Kərəmcan bildirir ki, 9-cu sinifdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə RFO-da və “Sabahın alimləri” müsaiqəsində, 10-cu sinifdə tarix, 11-ci sinifdə Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə RFO-da iştirak edib. Bu müsabiqələrdə yer tutmasa da, iştirak onun üçün bir təcrübə olub. Eyni zamanda təhsil aldığı gimnaziyanın “Şahinlər” komandasının üzvü olmuş gənc hərbi-idman oyunlarında iştirak edərək 2023-cü ildə komanda üzvləri ilə respublika üzrə ikinci, 2025-ci ildə isə birinci yerə layiq görülüb. Bütün bunlarla yanaşı 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində respublika üzrə ikinci yerin qalibi olub. İdmana böyük maraq göstərən gənc peşəkar şəkildə futbolla məşğul olub: “Bundan başqa badminton, şahmat, üzgüçülük, bədii qiraət və aktyorluq da həyatımda yer alıb. Hər birində özümü sınamaq mənə həzz verib”.

Tələbə adını qazanmağın təəssüratlarını və gələcək arzularını bölüşən Kərəmcan deyir: “Qəbul nəticəsini öyrəndiyim an həyəcan, sevinc, qürur – hər şey bir yerdə idi. Özümə güvənirdim, amma bu xəbəri almaq tam başqa bir hissdir. İş zamanı mən nəticəmi öyrənə bilməmişdim. İş bitdikdən sonra nəticəmə baxdım. Bu anların hamısını videoda qeydiyyata aldım. Çox unudulmaz anlar idi! Gələcəkdə hüquq sahəsində öz sözünü deyən, ölkənin ən tanınmış hüquqşünaslarından biri olmaq istəyirəm. Hüquq-mühafizə orqanlarında çalışmaq və ya şəxsi hüquq büromu qurmaq planımdır. Ən böyük məqsədim isə insanların haqqını qorumaqdır”. 

Sonda qəhrəmanımız şagirdlərə tövsiyələrini də unutmayıb: “Hədəfsiz insan yolda itib-batar. Ona görə də hər kəs özünə bir məqsəd qoysun. Çox yox, effektiv oxusunlar. Keyfiyyət hər zaman kəmiyyətin önündədir. İntizam, çalışqanlıq və inam uğurun əsas açarıdır”.

1 /4

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.