Bütün xəbərlər
23 yanvar, 16:24

Yeni bir araşdırmaya görə, postdoktorantların 40%-dən çoxu akademik karyeralarını davam etdirmirlər.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırma 45,500-ə yaxın tədqiqatçının karyerasını araşdıraraq postdoktorantların akademiyada qalmaq və ya tərk etmək qərarını nəyin təyin etdiyini öyrənib.

25 illik dövrü əhatə edən bu tədqiqat 19 fərqli akademik sahəni əhatə edir və “Microsoft Academic Graph” məlumat bazasındakı 257 milyon nəşr üzərində aparılıb.

Əvvəlki araşdırmalar doktorluq proqramından məzun olanların akademik mövqe tutmaq üçün nüfuzlu təhsil müəssisələrində təhsil almasının vacibliyini vurğulamışdı. Lakin bu araşdırma postdoktorant təcrübəsinin fakültə mövqeyi əldə etmək və erkən karyera uğuru ilə əlaqəsini öyrənib.

Nəticələrə görə, çox sayda postdoktorant yüksək akademik mövqelərinin olmasına baxmayaraq, fakültə mövqeləri bu tələbi qarşılamır. Bu səbəbdən postdoktorantların 41%-i akademiyadan ayrılır. Tədqiqatçılar bildirirlər ki, postdoktorant dövründə az sayda məqalə dərc edənlər akademiyanı tərk etməyə daha çox meyillidirlər.

Tədqiqatçılar bu sualı cavablandırmaq üçün elmi fəaliyyətin göstəricisini ölçən yeni bir kriteriya — η indeksini inkişaf etdiriblər. Bu ölçü tədqiqatçının nəşr etdiyi məqalələrin sitat sayına əsaslanır və yalnız fakültə mövqeyini qazandıqdan sonra 2-4 il ərzində dərc olunan məqalələri nəzərə alır.

Araşdırmalar göstərib ki, postdoktorant dövründə yüksək sitat alan məqalələr dərc edən tədqiqatçılar həm akademik mövqe qazanmağa, həm də fakültə dövründə yüksək sitat alan işlər ortaya qoymağa daha çox meyillidirlər.

Tədqiqatın müəllifi Bedoor AlShebli postdoktorant dövründə nəşr etməyin vacibliyini bir daha təsdiqlədiklərini bildirir. Həmçinin doktorantura təhsilindən postdoktorant təhsilinə keçərkən universitet və ya tədqiqat mövzusunun dəyişdirilməsinin fakültə mövqeyi əldə etməyə kömək edə biləcəyini vurğulayır.

Tədqiqatın nəticələrini şərh edən Melbourne Universitetinin professoru Gwilym Croucher bu araşdırmanın akademik karyera yüksəlişi ilə bağlı mühüm bir boşluğu doldurduğunu bildirir. Lakin müəllimlik təcrübəsi kimi digər amillərin də rolunu nəzərə almadığını qeyd edir.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.