Bütün xəbərlər
4 mart, 12:07

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi” layihəsi çərçivəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın məqaləsini təqdim edir:

Çox zaman ən inkişaf etmiş ölkələrin təhsil modellərindən danışarkən Finlandiya təhsili xüsusi olaraq xatırlanır. Elə bu səbəbdən Finlandiya təhsilinin inkişafı ilə bağlı etdiyim kiçik araşdırma və müqayisəni diqqətinizə çatdırmaq istərdim. Bir zaman qaba, kobud, mədəniyyətdən kənar cəmiyyətin bu qədər sürətlə inkişafının səbəbi nədir? Bataqlıqlar ölkəsindən ağ zanbaqlar ölkəsinə necə çevrildi? XIX əsrdə yaşamış Yohan Vilhelm Snelmanın finlilər üçün etdiyi aydınlar hərəkatı diqqətimi çəkdi. Onun Finlandiyanın inkişafında, sözsüz ki, xidməti böyükdür. “Fin kimliyinin qurulması” istiqamətində yürütdüyü fikirlər aparılan islahatların məqsədi idi. Bütün bunlar böyük tədqiqat obyektidir. Bir filosof və ictimai xadim kimi ətrafına topladığı aydınlarla kənd-kənd, mahal-mahal gəzərək təlqin etdiyi və yazdığı əsərlərdə ötürdüyü məfkurə yeni nəslin formalaşması ilə bağlı idi. Bu istiqamətdə müəllimin rolunu yüksək dəyərləndirən Snelmanın söylədiyi fikirləri diqqətinizə çatdırıram: 

– Xalqın zəkasını, vicdanını, iradə və enerjisini oyatmaq, hərəkətə gətirmək;
– çalışma əxlaqını, sağlıqlı qalmağı, ailə içində hörməti, uşaqlara təməl prinsipləri öyrətmək:
– xalqı səliqəyə, dəqiqliyə, nizam-intizama alışdırmaq;
– özünə və başqalarına hörmət etmək;
– vicdan və məsuliyyətdə sözlə və əməllə örnək olmaq;
– xalqın müəllimi olmaq;
– xalqı yetişdirmək və onlara inkişaf etmiş xalqlar arasında yer almağa kömək etmək sizin vəzifənizdir.
– xalqın cəhaləti, geriliyi, kasıblığı, xəstəliyi həm də bizim günahımızdır;
– hər gün məsləyinizi lənətləyirsinizsə, müəllimliyi buraxın, canlı ruha, dərin biliyə malik olan insanların olacağı yerləri işğal etməyin;
– gənclərin ruhunu işlənməyən bir tarla kimi buraxsanız, orada tikanlar və gicitkənlər bitər;
– Finlandiya zorla heç nə edə bilməz, onun qurtuluşu təhsildir;
– əsl vətənsevərlər xalqın gələcəyinə qayğı duyan insanlardır;
– finlilər ağıl və xarakterlərinə yatırım etməlidirlər.

Bu fikirlər hər dövr üçün aktualdır. Müxtəlif sənaye inqilabları dövründə xarakterin formalaşması ən vacib amildir. Sənaye inqilabları cəmiyyətin transformasiyasını labüdləşdirir, belə keçidlər asan olmur. Bu prosesdə həlledici rola malik müəllimlərin missiyası isə dəyişmir. Dəyişən məzmun və üsul olur.

Əslində XIX əsrdən başlanan maarifçilik hərəkatı Azərbaycanda da xalqın milli dərkində və inkişafında çox mühüm rol oynadı. Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Mirzə Fətəli Axundov kimi maarifçilərin fədakar xidmətlərindən uzun-uzadı danışmaq olar. Ən maraqlısı da odur ki, həmin dövr üçün eyni məzmunlu hadisələrin Azərbaycan və Finlandiyada paralel olaraq baş verməsi diqqəti cəlb edir. Çünki bəşəriyyətin yeni dövrə transformasiyası eyni problem və eyni düşüncələri formalaşdıra bilir. Həmin paralelləri təqdim edirəm:

Bəs Azərbaycandakı inkişafin Finlandiyanın inkişaf tempindən fərqli mənzərəsi nə ilə bağlıdır? Çox aspektləri göstərə bilərsiniz. Bunlardan biri və əsası budur ki, XX əsrin əvvəlində Finlandiya müstəqillik əldə etdi, çətin olsa da, itkilər versə də, onu qoruyub saxladı və milli zəmində inkişaf etdi. Biz isə eyni dövrdə müstəqillik əldə etsək də, onu qoruyub saxlaya bilmədik. Sovet imperiyası bizim üçün yeni bir cığır açdı, təəssüf ki, o cığırda milli kimliyin formalaşmasından daha çox milli kimliyin məhvi ideologiyası var idi. Qırılma nöqtəmiz budur. Belə bir qırılma nöqtəsində ilk repressiya qurbanı da məhz Firudin bəy Köçərli oldu. Həmin qırılma nöqtəsindən az qala bir əsr keçdikdən sonra yenidən müstəqilliyə qovuşan xalqın özünə qayıdışı isə maraqlı prosesdir. XXI əsrin əvvəlində qazanılmış müstəqillik, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası xalqımız və təhsilimiz üçün yeni bir dönəm oldu. İtkilərin bərpası dövründə mənəvi bərpa, milli kimlik məfkurəsi vacib amillər idi. Güclü xarakterə malik vətənpərvər gənclik işğal olunmuş torpaqları qaytarmalı idi. Qaytardılar da. Bu missiyanın reallaşmasında məktəbin və müəllimin də rolu danılmazdır. Ancaq bu gün ərazi bütövlüyünü, suverenliyini bərpa edən qalib ölkəmiz üçün yeni bir mərhələ başlayır. Texnoloji inqilablar – süni intellekt, kiber texnologiyalar və yeni dünya düzəni cəmiyyətin, təhsilin və müəllimin qarşısında yeni tələblər qoyur. Dəyişikliklərə uyğunlaşmaq və idarə etmək, milli kimliyi qoruyub saxlamaq üçün güclü xarakterlərin formalaşması vacib amilə çevrilir. Yazacağımız növbəti məqalələrdə bu məsələlərə toxunmağa çalışacağıq, əziz müəllimlər. Siz də yazın, polemikaya qoşulun!

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.