
2025–2026-cı tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları təşkil edilib. Bu qruplara ümumilikdə 5546 uşaq cəlb olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, oktyabrın 1-dən etibarən Quba rayonunda 1658, Qusar rayonunda 998, Xaçmaz rayonunda 1908, Şabran rayonunda 577, Siyəzən rayonunda isə 405 uşaq məktəbəhazırlıq məşğələlərinə başlayıb. Məşğələlər həftədə 4 gün olmaqla 12 dərs saatını əhatə edir. Proqram çərçivəsində uşaqlar ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, məntiqi və riyazi təfəkkür, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət istiqamətlərində bilik və bacarıqlar əldə edirlər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəbə psixoloji baxımdan daha yaxşı hazırlanması, təhsil mühitinə uyğunlaşdırılması və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər