Bütün xəbərlər
18 iyun, 09:44

İyunun 18-də dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi ali təhsil müəssisələrinin növbəti reytinq tədqiqatının nəticələrini - “Impact Rankings 2025” açıqlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, dünya universitetlərinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən tədqiqatda Azərbaycan ali təhsil müəssisələrinin sayı rekord həddə – 25-ə çatıb. 

Azərbaycan üzrə ən yaxşı nəticəni Bakı Dövlət Universiteti və Xəzər Universiteti göstərib. 

Beləliklə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqdəki sıralaması aşağıdakı kimidir.

1. 401-600 Bakı Dövlət Universiteti
2. 401-600 Xəzər Universiteti

3. 801-1000 Azərbaycan Dövlət İqtisad Universiteti
4. 801-1000 Bakı Ali Neft Məktəbi

5. 1001-1500 Azərbaycan Tibb Universiteti
6. 1001-1500 Azərbaycan Dövlət Aqrar Universiteti
7. 1001-1500 Lənkəran Dövlət Universiteti
8. 1001-1500 Qərbi Kaspi Universiteti

9. 1501+ Azərbaycan İdman Akademiyası
10. 1501+ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
11. 1501+ Azərbaycan Dövlət Pedaqoji Universiteti
12. 1501+ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universiteti
13. 1501+ Azərbaycan Dövlət Texniki Universiteti
14. 1501+ Azərbaycan Texnologiya Universiteti
15. 1501+ Azərbaycan Turizm və Menecment Universiteti
16. 1501+ Azərbaycan Memarlıq və İnşaat Universiteti
17. 1501+ Azərbaycan Dillər Universiteti
18. 1501+ Bakı Musiqi Akademiyası
19. 1501+ Bakı Mühəndislik Universiteti
20. 1501+ Bakı Avrasiya Universiteti
21. 1501+ Bakı Slavyan Universiteti
22. 1501+ Gəncə Dövlət Universiteti
23. 1501+ Mingəçevir Dövlət Universiteti
24. 1501+ Naxçıvan Dövlət Universiteti
25. 1501+ Sumqayıt Dövlət Universiteti

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti və Mingəçevir Dövlət Universiteti ilk dəfə reytinqdə yer alır.

Məlumat üçün bildirək ki, “THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.
Reytinqin nəticələri Azərbaycan universitetlərinin qlobal səviyyədə artan nüfuzunu və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. 

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.