Bütün xəbərlər
20 may, 16:00

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin magistratura səviyyəsində 2025-2026-cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, seçiləcək professor-müəllim heyətinin vəzifələri:

  • Magistratura səviyyəsində keyfiyyətli tədrisin aparılması;
  • Kurs sillabusunun hazırlanması;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
  • Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
  • Müsabiqədə iştirak etmək üçün tələblər:
  • Ən azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə və (və ya) sahə üzrə iş təcrübəsinə malik magistr və daha yüksək elmi dərəcəyə malik olması;
  • Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması;
  • Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması;
  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
  • İnnovativ tədris metodlarını tətbiq edə bilməsi;
  • Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi;
  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar, pozitiv olması;
  • Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması

Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır: 

  • İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək;
  • SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür;
  • Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər;
  • Vakant fənlərin siyahısına "Fənlər"bölməsində baxa bilərsiniz;
  • Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
  • Qeydiyyat ilə bağlı sual yarandıqda, master_teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;
  • Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;
  • Bu seçim müvafiq fənn üzrə yalnız 2025/2026-cı tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur. 

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59 

QEYD: Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir. 

Şərhlər

Xəbər lenti

21 may, 12:25

Qızların təhsildən yayınmasının qarşısının alınması və gender əsaslı təhsil islahatları təklif olunur

21 may, 12:14

Sabahın hava proqnozu açıqlanıb

21 may, 12:12

“Son zəng” – Həyata çağırış

21 may, 12:07

MDU-da “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar baş tutub

21 may, 11:59

Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb

21 may, 11:50

Prezident İlham Əliyev: Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaqlar

21 may, 11:47

LDU-da “Regionlarda elm və təhsilin inteqrasiyası” mövzusunda “dəyirmi masa” keçirilib

21 may, 11:43

Nazir peşə təhsili mərkəzinin məzunu barədə paylaşım edib

21 may, 11:42

ARTİ: Monitorinq tapşırıqları kurikulum və dərsliklərə əsaslanıb 

21 may, 11:34

İdmançımız Bolqarıstanda keçirilən turnirdə uğur qazanıb

21 may, 11:20

ABŞ ali təhsil təcrübəsi: Sərbəst müəllim, aktiv tələbə –TƏƏSSÜRATLAR

21 may, 11:13

“Tələbələrimizə oynamağı öyrədirik” – ADPU-da keçirilən festivaldan REPORTAJ

21 may, 11:00

ADNSU tələbələri rəqəmsal təhlükəsizlik üzrə biliklərini zənginləşdirirlər

21 may, 11:00

BDU-da birinci şeir forumu keçirilib

21 may, 10:45

İdmançılarımız beynəlxalq yarışdan 14 medalla qayıtdılar

21 may, 10:23

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

21 may, 10:10

Dünyanın nüfuzlu elm yarışmasından medalla döndülər – Böyük uğura atılan addımlar

21 may, 10:04

Məktəblilər arasında badminton üzrə respublika birinciliyi keçirilib

21 may, 09:55

AzMİU-da İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

21 may, 09:51

ETN ilə THE reytinq agentliyi arasında ikitərəfli görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.