
“SABAH qruplarında tədris dayanmır, sadəcə olaraq formatı dəyişir. SABAH Prezident İlham Əliyevin müvafiq fərmanı ilə müəyyən mənada dövlət tərəfindən rəsmiləşdirilmiş qruplardır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, bəzi ixtisaslar üzrə təhsil alan tələbələr SABAH qruplarına yenə də 2-ci kursdan cəlb ediləcək: “Bu, ənənəvi SABAH qruplarıdır. İncəsənət, yaradıcı ixtisaslarda da bu format davam edəcək. Digər ixtisaslarda isə SABAH qrupları sadəcə olaraq 1-ci kursdan tətbiq ediləcək. Hazırda bir sıra ali təhsil müəssisələri ilə bu istiqamətdə birgə fəaliyyət göstəririk. Ümid edirik ki, bu, ali təhsil müəssisələrimizə müəyyən mənada daha rəqabətədavamlı proqramlar tətbiq etmək imkanı verəcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər