Bütün xəbərlər
14 avqust, 13:27

Bir müddət əvvəl SABAH qruplarına tələbə qəbulu ilə bağlı mühüm yeniliklər ictimaiyyətə elan edilib. Əvvəllər tələbələr yalnız II kursdan SABAH qruplarına qəbul olunduqları halda artıq I kursdan bu qruplarda təhsil ala biləcəklər. Bu isə o deməkdir ki, tələbələr artıq birinci tədris ilindən SABAH qruplarının təqdim etdiyi imkanlardan faydalanacaqlar.

Rəsmi məlumata əsasən, artıq SABAH qruplarına qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında toplanan nəticələr əsasında, eyni zamanda müəyyən mərhələdə keçiriləcək müsahibə vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, proqramın əhatə dairəsi də genişləndirilir. Artıq həm bakalavriat və magistratura, həm də doktorantura səviyyəsində müxtəlif istiqamətlər üzrə SABAH qruplarının təşkili planlaşdırılır. Bu da xüsusi istedadlı tələbələrin daha geniş spektr üzrə bu proqramda iştirakını təmin edəcək.

İndi isə ali məktəblərə ixtisas seçimi dövrüdür. Artıq bir neçə gün sonra abituriyentlər ali təhsil almaq istədikləri müəssisə və ixtisas seçimini yekunlaşdıracaqlar. Buna görə də ixtisas seçimi dövründə  abituriyentləri maraqlandıran əsas suallardan biri budur: SABAH qruplarına daxil olmaq üçün ixtisas seçimi ilə yanaşı, SABAH qruplarına qeydiyyat da aparılacaqmı?

Məsələ ilə bağlı SABAH qrupları İcra Komitəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərin ixtisas seçimi mərhələsində SABAH qrupları ayrıca qeyd olunmur. Abituriyentlər əvvəlcə ümumi qaydada ali təhsil müəssisəsinə qəbul olunacaqlar. Qəbul prosesi başa çatdıqdan və tələbələr ali məktəblərdə qeydiyyatdan keçdikdən sonra SABAH proqramı tətbiq edilən universitetlərdə əlavə seçim mərhələsi təşkil olunacaq. Yalnız həmin mərhələdə SABAH qruplarına tələbə qəbulu aparılacaq.

Şərhlər

Xəbər lenti

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

15 avqust, 13:10

Bu universitet illik təhsil haqlarını artırmayıb

15 avqust, 12:53

14 gənc Çində DP çərçivəsində təhsil alacaq

15 avqust, 12:46

Sabahın hava proqnozu açıqlanıb

15 avqust, 11:12

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

15 avqust, 11:05

Rus bölməsi üzrə MİQ-in müsahibə mövzuları – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.