Bütün xəbərlər
22 iyul, 13:55

İyulun 22-si Azərbaycan milli mətbuatının əsasının qoyulduğu gündür. 1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti təkcə bir mətbu orqan deyil, həm də xalqın maariflənməsi və milli oyanışı yolunda ilk sistemli addımlardan olub. Bu il həmin tarixi hadisənin – milli mətbuatımızın yaranmasının 150 illiyi qeyd olunur. Bir əsr yarımlıq dövrü əhatə edən bu yol həm çətinliklərlə, həm də qürurverici uğurlarla zəngindir. Azərbaycan mətbuatı bu müddət ərzində müxtəlif tarixi-siyasi mərhələlərdə həqiqətin, azad düşüncənin və ictimai şüurun formalaşmasının əsas daşıyıcılarından olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O qeyd edib ki, mürəkkəb geosiyasi ziddiyyətlərə, senzura və qadağalara baxmayaraq, milli mətbuatımızın inkişaf tarixi milli məfkurəyə sadiqliyi, ictimai mövqeyi və peşəkarlığı ilə yadda qalıb. Bu yolun mühüm dönüş nöqtələrindən biri Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanmış yeni mərhələdir. Ulu Öndərin rəhbərliyi ilə dövlət-mətbuat münasibətlərində əsaslı dəyişikliklər baş verdi. Xüsusilə də 1998-ci ildə dövlət senzurasının ləğvi ilə ölkədə söz və mətbuat azadlığının əsasları formalaşdı, jurnalistikanın peşəkar və müstəqil inkişafına şərait yaradıldı. Milli mətbuatımızın inkişafına dövlət dəstəyi hazırda Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirilir. Bu gün ölkəmizdə medianın inkişafı üçün güclü institusional baza və digər zəruri imkanlar təmin olunmuşdur.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı səbəbindən media artıq yalnız xəbər ötürən bir sahə deyil, həm də ictimai rəyin formalaşması, informasiya təhlükəsizliyi və milli maraqların müdafiəsi baxımından strateji əhəmiyyət kəsb edir. Qürurvericidir ki, Azərbaycan mediası həm 44 günlük Vətən müharibəsi dövründə, həm də bir gün davam edən antiterror tədbirləri zamanı üzərinə düşən tarixi vəzifəni uğurla yerinə yetirib, informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda mühüm rol oynayıb. Bu gün də milli mətbuatımız postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə baş verən quruculuq proseslərinin işıqlandırılmasında və təbliğində fəal iştirak edir.

“Qarabağ Universiteti olaraq biz də medianın milli inkişaf və ictimai dirçəlişdəki rolunu yüksək qiymətləndirir, mətbuatla əməkdaşlığımızı mühüm tərəfdaşlıq kimi dəyərləndiririk. Məlumdur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ali təhsilin yeni mərkəzi kimi fəaliyyətə başlayan Qarabağ Universiteti qısa müddətdə bölgənin intellektual, sosial və mədəni dirçəliş prosesinin ayrılmaz hissəsinə çevrilib. Strateji hədəflərinə doğru sürətlə irəliləyən Qarabağ Universiteti milli mətbuatımızın davamlı dəstəyini hiss edir. İlk tədris ilini başa vuran Universitetimizin fəaliyyəti, təşəbbüsləri, tərəfdaşlıqları və uğurlarını hər zaman diqqətdə saxlayan mətbuatımız bu barədə məlumatları cəmiyyətə dəqiq və operativ şəkildə çatdırır. Təsadüfi deyil ki, bir illik fəaliyyəti dövründə Qarabağ Universiteti barədə müxtəlif media orqanlarında çoxsaylı materiallar – məqalə, reportaj, müsahibə və videoçarx yerləşdirilib, Universitetin bölgənin inkişafında və dirçəlişində oynadığı rol geniş şəkildə işıqlandırılıb. Bu fakt bir daha sübut edir ki, media bizim üçün sadəcə məlumat ötürən vasitə deyil, həm də cəmiyyətlə universitet arasında sağlam və davamlı ünsiyyətin təminatçısı, ictimai rəyin formalaşmasında, maarifçiliyin yayılmasında və elmi biliklərin cəmiyyətə çatdırılmasında mühüm funksiyanı yerinə yetirən önəmli tərəfdaşdır”, - deyə o əlavə edib.

Şahin Bayramov bildirib ki, media ilə əlaqələrin inkişafı Qarabağ Universiteti üçün həm də ideoloji və mənəvi müstəvidə həyata keçirilən tərəfdaşlıq modelini əks etdirir: “Universitetimizin dəyərləri, təhsil fəlsəfəsi, akademik və sosial təşəbbüsləri məhz medianın iştirakı və dəstəyi ilə geniş auditoriyalara çatdırılır, ictimai rəyə təsir imkanlarımız artır. Bu baxımdan, media ilə əməkdaşlıq bizim üçün informasiya mübadiləsindən daha artıq – bilik cəmiyyətinin qurulmasına birgə töhfə vermək məqsədi daşıyan çoxşaxəli və ortaq dəyərlərə əsaslanan müstəsna imkandır. Bu baxımdan, mətbuatla açıq, şəffaf və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi universitetimizin prioritetləri sırasındadır. Fürsətdən istifadə edərək, Qarabağ Universiteti ilə bağlı yeniliklərin peşəkar formada işıqlandırılmasına və universitetimizin təbliğinə göstərilən dəstəyə görə bütün media qurumlarına və həmin qurumların əməkdaşlarına təşəkkür edirik. Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə bütün media işçilərini Qarabağ Universiteti ailəsi üzvləri adından təbrik edir, şərəfli məsuliyyətli fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayırıq”.

Şərhlər

Xəbər lenti

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

22 iyul, 16:36

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM

22 iyul, 16:10

Məktəbəhazırlıq qruplarına sərbəst seçim başladı

22 iyul, 15:58

ADPU-nun Ağcabədi filialı müəllim vakansiyaları elan edir

22 iyul, 15:20

Yardımlının nümunəvi məktəbi: Şəfəqlinin təhsil uğurları

22 iyul, 14:14

Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.